Masallıda məktəblinin ərə verilməsi ilə bağlı araşdırmalara başlanıldı - RƏSMİ

Masallıda məktəblinin ərə verilməsi ilə bağlı araşdırmalara başlanıldı -
Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, rayonun Alvadı kəndində yeniyetmə qızın ərə verilməsi barədə məlumatlarla əlaqədar araşdırmalara başlanılıb.

Onun sözlərinə görə, araşdırmaların nəticəsinə uyğun olaraq ictimaiyyətə ətraflı məlumat veriləcək.

“Əgər fakt təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək”, – Dövlət Komitəsinin sözçüsü bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində məktəbyaşlı qızın ərə verilməsi barədə məlumatlar yayılıb. Yetkinlik yaşına çatmayan qızın uzun müddətdir təhsildən kənarlaşdırıldığı da iddia olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
812 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...