İranda ər 17 yaşlı arvadının başını kəsib şəhərdə dolaşdı – VİDEO

İranda ər 17 yaşlı arvadının başını kəsib şəhərdə dolaşdı –
İranın Xuzistan ostanının mərkəzi Əhvaz şəhərində bir şəxs 17 yaşlı həyat yoldaşının başını kəsib, bunu küçədə insanlara nümayiş etdirib.
Yeniavaz.com “Haberler”ə istinadən xəbər verir ki, 17 yaşlı gənc qız ərinin zorakılığından xilas olmaq üçün Türkiyəyə qaçıb.
Lakin o, atası və qardaşı tərəfindən tapılaraq yenidən İrana qaytarılıb.
Edama məhkum edilən qadının başı əri və qardaşı tərəfindən vəhşicəsinə kəsilib. Hadisədən sonra ər əlində həyat yoldaşının kəsilmiş başı ilə şəhəri dolaşıb.
Baş verənlərdən sonra qatil ər və qadının qardaşı polis orqanları tərəfindən saxlanılıb.
Qatilin şəhərdəki görüntülərini təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...