Qusarda restoran icarədarı həbs edildi

Qusarda restoran icarədarı  həbs edildi

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində olan restoranlardan birində rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan GUNDEMİNFO.AZ-a bildirildiyinə görə obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun rəsmi portalda qeydiyyatda olmayan toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Qusar rayon məhkəməsinin qərarı ilə restoranın icarədarı F.Xəlilov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati qaydada həbs edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
683 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...