Şabran sakini 11 il əvvəl anasını öldürərək həyətdə basdırıb

Şabran sakini 11 il əvvəl anasını öldürərək həyətdə basdırıb
Prokurorluq 11 il əvvəl baş vermiş cinayət işinin üstünü açıb.

Qurumun Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, müəyyən edilib ki, 2011-ci ildə Şabran rayon sakini 1970-ci il təvəllüdlü Bəsti Əliyeva oğlu 1990-cı il təvəllüdlü Elvin Dadaşov tərəfindən qəsdən öldürülüb.

Elvin Dadaşov Şabran rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onu həyətdə basdırdığını etiraf edib və meyiti basdırdığı yeri göstərib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə qeyd edilən ərazidə qazıntı işləri aparılıb və həmin yerdən insan skeleti sümükləri aşkar edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Elvin Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Prokurorluq və polis orqanları tərəfindən əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
696 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...