Bakıda vəkil 17 min dolları mənimsədi

Bakıda vəkil 17 min dolları mənimsədi

Bakıda baş vermiş daha bir dələduzluq əməli ilə bağlı polisə müraciət daxil olub.

Lent.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Rəsulzadə qəsəbə sakini, 1952-ci il təvəllüdlü Sadıqov Vaqif Saqif oğlu bildirib ki, Sadiq adlı şəxs onun pulunu mənimsəyib.

Şikayətçinin sözlərinə görə, özünü vəkil kimi təqdim edən Sadiq onun məhkəmə baxışında olan işini həll edəcəyinə söz verib. Bu məqsədlə o, həmin vəkilə 17 min dollar verib. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq vəd yerinə yetirilməyib. Üstəlik həmin şəxs pulu da qaytarmayıb. Hazırda müraciət əsasında araşdırmalar aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...