“Azərsu” əməkdaşları odlu silahla təhdid edilib
“Azərsu” ASC-nin “Abşeron Sukanal” İdarəsinin əməkdaşları odlu silahla təhdid edilib.
Bu barədə Gundeminfo.az-a qurumdan bildirilib.
Məlumata görə, hadisə 28 may qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbənin Paralellər küçəsində su idarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Zülfüqar Mehdiyevə məxsus fərdi yaşayış evinin həyətində su çəninin dolub daşdığı, israfçılığa yol verildiyi, ev sahibinin isə buna heç bir reaksiya vermədiyini görüblər.
Su israfının qarşısını almaq məqsədilə mənzil sahibindən tədbir görülməsini xahiş edən əməkdaşlar fərdi yaşayış evinin su təchizatı sisteminə baxış keçirmək istədikdə vətəndaşın kobud rəftarı və təhqirləri ilə üzləşiblər. Sonra Z.Mehdiyev odlu silahla (ov tüfəngi) idarənin əməkdaşlarını təhdid edib, ardınca hüquq-mühafizə orqanlarına müraciət edərək təzyiqlərə məruz qalması barədə yalan məlumatlar verib.
Hadisə ilə əlaqədar “Abşeron Sukanal” İdarəsi hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib. Əraziyə gələn daxili işlər orqanlarının əməkdaşları Z.Mehdiyevi və idarənin əməkdaşlarını araşdırma aparılması üçün polis bölməsinə dəvət ediblər.
“Qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. Bununla bağlı mütəmadi maarifləndirmə tədbirləri aparılır, fərdi su xətlərində və çənlərində axıntı olan abunəçilərdən nasazlıqların aradan qaldırılması tələb olunur, uçotsuz və sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbirlər görülür. Abonentlər su israfının qarşısının alınması məqsədilə xəbərdarlıq və tövsiyələri anlayışla qarşılamalı, bu işi yerinə yetirən “Azərsu” əməkdaşlarına qarşı kobud rəftar etməməlidirlər. Xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə, hüquq-mühafizə orqanlarına müraciət olunacaq”, - deyə səhmdar cəmiyyəti bəyan edib.
1 822 dəfə oxundu