Maqsud Mahmudov 850 min manatlıq qızılımı aparıb banka qoyub
Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə hakim bildirib ki, ötən prosesdə zərərçəkmiş və təqsirləndirilən şəxs arasında mübahisə baş verdiyindən proses təxirə salınıb. O, məhkəmə iştirakçılarına bildirib ki, prosesdə iştirak edən şəxslər etik normalara riayət etməlidirlər.
Prosesdə ifadə verən zərərçəkmiş Rasim Bayramov bildirib ki, lombarda qoyduğu qızılların qiyməti 850 min manatlıq dəyəri var: "Maqsud həmin malları banka qoyub pul götürüb. 2 aydan çoxdur ki, gəlib-gedirəm, nəticə yoxdur. Mənim malımı bankdan götürüb qaytarsın".
Zərərçəkmiş Qeyd edib ki, Maqsud Mahmudovu 1983-cü ildən tanıyıb: "Hamımız bilirik ki, onun imkanı var. O istəsə, bir evini, ya bir obyektini satsa, hamımızın pulunu qaytarar. Mən pul istəmirəm, mallarımı versin. Mən Maqsuda qızılla yanaşı, başqa mallar da vermişəm. Gəlib pul istəyib, etiraz etməmişəm, vermişəm. Maqsud ara adamıdır, amma yaxşı adam kimi tanımamışam. Ziyalı olmasa da, etibarlı adamdır. Oğlumun boynundan qızıl sepini, atamın qızıl üzüyünü çıxarıb vermişəm ona".
Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.
1 957 dəfə oxundu