Dələduzluqla 178 min manat ələ keçirən Fərid Abdinov həbs edildi
Sosial şəbəkələrdə Fərid Abdinov adlı şəxsin vətəndaşları aldadaraq, onlardan pul alması barədə məlumatlar yayılıb.
Gundeminfo.az xəbər verir ki, məsələyə DİN-in mətbuat xidmətindən münasibət bildirilib.
Qeyd olunub ki, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək, Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək, etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.
Vətəndaşların şikayətləri araşdırılıb və onların F.Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, F.Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.
F.Abdinovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
2 430 dəfə oxundu