Əli Əliyev barəsində növbəti dəfə cinayət işi başlandı
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev barədə yenidən cinayət işi başlanıb. Trend-in məlumatına görə, partiya sədri barəsində növbəti dəfə xüsusi ittiham qaydasında şikayət verilib. Əli Əliyev bu dəfə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə ittiham olunub.
Cinayət işinin ibtidai istintaqı başa çatıb və materiallar baxılmaq üçün Yaxsamal rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşad Cavadzadənin icratına verilib. Hələlik iş üzrə məhkəmənin vaxtı müəyyən edilməyib. Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında 2 şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Ə.Əliyev 5 ay müddətinə həbs edilib.
Bir müddət sonra isə Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə prosesində isə Ə. Əliyevin əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum edilib.
3 334 dəfə oxundu