Vilyam Hacıyev məktəb tikintisinə ayrılan pulun 181 min manatını mənimsəyib? - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, şahidlər prosesə dəvət olunsa da, onlar yenidən prosesə gəlməyib.
Dövlət ittihamçısı deyib ki, şahidlərin bəziləri səhhəti ilə əlaqədar prosesə qatıla bilməyiblər.
Vilyam Hacıyevin vəkili bildirib ki, 146 şahiddən 131-i dindirilib, 15 şahid dindirilməyib:
“İşdə zərərçəkmişlər olsa da, onlar da məhkəməyə gəlmirlər. Zərərçəkmişlər sağ-salamatdır. Amma gəlmirlər. Səbəb göstərilmir”.
Hakim qeyd edib ki, zərərçəkmişlər prosesə gətirilməlidir. Hakim prosesdə şahid və zərərçəkmişlərin ifadələrini elan edərkən təqsirləndirilən şəxs buna etiraz edib.
Vilyam Hacıyev bildirib ki, zərərçəkmişlər prosesə qatılmadığı halda onların ifadələrinin elan olunmasına ehtiyac yoxdur.
Prosesdə ifadələr elan olunub.
Zərərçəkmiş Fərman Allahverdiyev ifadəsində bildirib ki, o, sahibkarlıqla məşğul olmaq üçün xarici ölkələrdən 90 baş iribuynuzlu mal alıb:
“İmişlidə heyvandarlıqla məşğul olmaq üçün icra hakimiyyətindən örüş torpaq sahəsi istədim. Bunun üçün icra başçısı Vilyam Hacıyevlə görüşdüm. O dedi ki, bu barədə tapşırıq verəcək. Görüşdən sonra icra hakimiyyətindən bildiriblər ki, bunun üçün Vilyam Hacıyev 40 min manat istəyir. Mən Rəhim Musayevə əvvəlcə 20 min manat, sonra da yenidən 20 min manat verdim ki, Vilyam Hacıyevə çatdırsın. Bundan sonra mənə örüş sahəsi üçün torpaq ayrıldı. Amma o vaxta qədər cins heyvanlar məhv oldu”.
Digər zərərçəkmiş Ramiz Əmirov isə bildirib ki, o, rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləyib:
“2018-ci ildə 65 yaşım tamam oldu. Vilyam Hacıyev dedi ki, 30 min manat gətir, səni işdə saxlayım. 30 min manatı gətirib Rəhim Musayevə verdim. Amma Təhsil Nazirliyi mənim müqaviləmi uzatmadı. Mən təqaüdə çıxdım. Sonradan qayıdıb pulumu istədim. Vilyam Hacıyev mənə əsəbiləşdi. Mən sonra Rəhimdən 20 min manatımı aldım. 10 min manatım qaldı”.
Zərərçəkmiş Yaşar Səfərovun ifadəsində isə bildirilib ki, 2018-ci ilə qədər statistika idarəsinin rəisi işləyib.
“İşdən çıxandan sonra başqa işə keçmək üçün icra hakimiyyətinə müraciət etdim. Məndən işə qəbul üçün 12 min manat istədilər. 12 min manatı verəndən sonra mən işə qəbul olundum”, - zərərçəkmiş deyib.
Təqsirləndirilən şəxs Vilyam Hacıyev bildirib ki, zərərçəkmişlərdən heç kimi görməyib, onlardan pul istəməyib:
“Mən onların heç birini görməmişəm, pul almamışam. Mən də yalandan yaza bilərəm ki, kiməsə pul vermişəm, rüşvət vermişəm. Zərərçəkmişlər gəlsin sübut etsinlər, görüm, kimə pul veriblər”.
İmişli rayonunda məktəb tikintisi ilə məşğul olan Mübariz Verdiyev isə ifadəsində deyib ki, 2018-ci ildə rayonda məktəb tikintisi ilə bağlı Vilyam Hacıyevlə görüşüb:
“Vilyam Hacıyev məni yanına çağırdı. Bildirdi ki, ayrılmış vəsaitin 15 faizini mənə verməlisən. Ayrılan məbləğin nə qədər olduğunu bilmədən 181 min manat vəsaiti Vilyam Hacıyevə verdim. Ondan sonra ayrılan vəsaitlə məktəb tikintisinə başladın. Tikintini başa çatdırmaq üçün vəsaitin çatmadı, məcbur olub bankdan pul götürüb tikintini başa çatdırdım”.
Prosesdə digər şahid Bayram İsaqovun da ibtidai istintaqa ifadəsi elan olunub. O ifadəsində göstərib ki, şirkətin balansına icra hakimiyyətindən pul köçürülüb.
“Rayonda tikinti şirkətim var. Vilyam Hacıyev məni yanına çağırıb dedi ki, sənin şirkətinin balansına 45 min manat pul köçürüləcək, həmin pulu mənə verəcəksən. Mən razılaşdım. Şirkətin balansına 45 min manat pul köçürüldü. Mən də həmin pulu çıxarıb 44 min 960 manatı Cəmil Musayevə verdim”.
Vilyam Hacıyev isə bildirib ki, o həmin şəxsi tanımır: “Hər yazılan düz olsaydı, onda gərək hamı həbs olunardı. Mən bu yazılanların heç birini qəbul etmirəm”.
Prosesə gəlməyən digər şahid Müşviq Əhmədov ibtidai istintaqa ifadəsində bildirib ki, rayon ərazisində 180 hektar torpaq sahəsi icarəyə götürmək üçün 25 min manat verib.
Təqsirləndirilən şəxs Vilyam Hacıyev bildirib ki, şahidlər öyrədilib və bütün ifadələr eyni adam tərəfindən tərtib edilib.
“Belə çıxır ki, şahidlərin ifadəsi sübut kimi qəbul olunur. Məhkəmədə 131 şahid dindirilib. Amma heç kim deməyib ki, mən Vilyamı tanıyıram. Hamısı pulu iki nəfərə verib. Onlar pulu neyləyib, hara xərcləyib, bu işdə mənim günahım var. Vilyam Hacıyevlə pul vermişəm deyib ifadə verənlərin isə heç biri məhkəməyə gəlmir. Şahid və zərərçəkmişlərin gətirin mənə desinlər görüm nə vaxt mənə pul veriblər”, - təqsirləndirilən şəxs deyib.
Prosesdə ifadəsi elan olunan şahid Kəmaləddin Quliyev ibtidai istintaq bildirib ki, şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün icra hakimiyyətindən yardım istəyib.
“Şəkər xəstəsiyəm. Eşitdim ki icra hakimiyyəti yardım göstərir. Müraciət etdim, dedilər ki, sənə pul ayırırıq, amma sən cəmi o puldan 200 manat götürüb qalanını bizə verəcəksən. Mənim adıma 6 min manat ayrıldı. Gedib Kapital Bankdan 6 min manat götürüb 5800 manat verdim polisə. Bundan sonra bir dəfə də 7 min manat ayırdılar. 7 min manatı bankdan götürüb 6 min 700 manatını İcra Hakimiyyətində qapıda dayanan polisə verdim, 300 manatı özümə qaldı”, - şahid ifadəsində göstərilib.
Vilyam Hacıyev bildirib ki, şahidin dediyi polis əməkdaşı tapılaraq məhkəməyə gətirilsin:
“Həmin polis tapılsın və məhkəməyə gətirilsin. Belə çıxır ki, icra hakimiyyətində rüşvət alanların başında elə polis dayanırmış ki. Bu biabırçılıqdır. Açıq aşkar görünür ki, bunlar quramadı. Mən bu adamların heç birini tanımıram. Gətirin məhkəməyə burda danışsınlar”.
Məhkəmədə daha bir şahid ifadəsi elan olunub.
Eyvan MMC -nin rəhbəri Natiq Əhmədovun ifadəsində bildirilib ki, rayon ərazisində məktəb tikintisi ilə bağlı Vilyam Hacıyevlə görüşüb:
“Təhsil Nazirliyinin sifarişilə rayonda məktəb tikilməli idi. Vilyam Hacıyev dedi ki məktəb tikintisinə 910 min manat ayrılacaq, həmin pulun 137 min manatını mənə verməsən səni burda məktəb tikməyə imkan verməyəcəm.
Məcbur olub 137 min manatı Vilyam Hacıyevə verəndən sonra 770 min manatla məktəbi tikdim”.
Vəkil bildirib ki, ifadəsi elan olunan şahidlərin niyə məhkəməyə gəlməməsi məlum deyil.
“İfadələr araşdırmalı, şahidlər məhkəməyə gətirilməlidir. Niyə gətirmirlər? Hansı polis gedib ünvana, şahidi tapa bilməyib”.
Proses mayın 23-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.
2 703 dəfə oxundu