Bakıda məktəb kollektivi Şuşaya səfər adıyla aldadılıb
Bakıda Şuşaya səfər etmək istəyən bir qrup müəllim aldadılıb.
Gundeminfo.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya Şuşa 1 saylı tam orta məktəbin müəllim heyəti bildirib.
İddiaya görə, özünü “Şimşək Turizm” şirkətinin rəhbəri kimi təqdim edən Canızadə Əlizamin Qorxmaz oğlu məktəbin kollektivinə müraciət edərək, onlara Şuşaya tur təşkil etdiyini bildirib.
Səfərə getmək üçün 70 nəfər müraciət edib və hərəsi bunun üçün 22 manat ödəyib.
Əlizamin Canızadə səfərin 30 may səhər saatlarında başlayacağını deyərək, kollektivə həmin gün çalışdıqları məktəbin qarşısına toplaşmağı tapşırıb. Lakin 29 may tarixindən Ə.Canızadəyə zəng çatmayıb.
Buna baxmayaraq, ümidlərini itirməyən 70 nəfər, deyilən tarixində, yəni, bu gün səhər saatlarında məktəbin qarşısında toplaşıb. Lakin əvvəlcədən səfər üçün vəd edilən nə avtobus gəlib, nə də həmin şəxsə zəng çatıb.
Aldadıldıqlarını başa düşən məktəbin rəhbərliyi ərazi üzrə polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a bildirib ki, hazırda məsələ araşdırılır.
644 dəfə oxundu