“Nazirliyin qapısının qırılmasının birbaşa səbəbkarları nazirliyin əməkdaşlarıdır” - VİDEO
“Təxminən 2-3 ay bundan öncə səhər mənə zəng elədilər ki, qazilərimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) önünə gedib. Mən ora getdim. Gördüm ki, qazilərimizi Nazirliyin qəbul şöbəsində qəbul ediblər. Orada Nazirliyin əməkdaşları ilə qazilərimiz arasında müəyyən konflikt var idi və mübahisələr yaranmışdı”.
Bunları “Gənc Qazilər” İctimai Birliyinin sədri, 2 iyunda ƏƏSMN-in qarşısında keçirilən nümayişin iştirakçısı Hacı Vəliyev Yeniavaz.com-a müsahibəsində deyib.
“Nazirliyin əməkdaşları, həmçinin ƏƏSMN-in Sosial Təminat şöbəsinin rəhbəri Babək Hüseynov məndən xahiş etdi ki, qazilərimizi sakitləşdirək, onların siyahısını tutaq və problemlərinin həlli istiqamətində işlər görək. Mən qazilərimizi sakitləşdirdim, onlar (Nazirliyin əməkdaşları - red.) da mənə söz verdilər ki, bu problemlər öz həllini tapacaq. Mən də öhdəlik götürdüm ki, birgə əməkdaşlıq etməklə bu problemlərin həllini tapacayıq”, - H. Vəliyev bildirib.
H. Vəliyevin sözlərinə görə, qazilər ona üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə narazılıqlarını bildiriblər:
“Səhər, saat təxminən 10 radələri olardı, mənə zəng etdilər ki, gediblər Nazirliyə, mən də necə öhdəlik götürmüşdüm, gedim həll edim. Mən ora getdim. Hacıqabuldan olan qazimizin halı pisləşdi, Nazirliyin əməkdaşları onu inzibati binaya saldılar. Qazilərimiz deyir ki, qapını açın, amma qapıları açmırlar. Qapı qırılandan sonra bir neçə qazinin ürəyi getdi, halı pisləşdi. Qazimizin halı çox pis idi, bizim polislərimiz orda ağladı da. Qazimizin dili qatlandı. Polis əməkdaşı qaşıqla ona kömək etdi. Polis orda ağladı”.
H. Vəliyev bildirib ki, qazilərin Nazirliyin qarşısına əlilliyin təyinatı, sığorta, diqqət-qayğı ilə bağlı gediblər:
“Nazirliyin qəbul şöbəsinin qapısının qırılmasının birbaşa səbəbkarları ƏƏSMN-in əməkdaşlarıdır. Qapını bağlayan polis olsa da, bağladan ƏƏSMN-in əməkdaşlarıdır. Saat 11 radələrində dövlət qurumunun qapısı vətəndaşın üzünə bağlı ola bilməz. Hələ düşünün ki, o qapını qıran şəxslər ağır yaralı qazilərimizdir. O adamın bu yaxınlarda ailə münaqişəsi də yaranmışdı, həyat yoldaşını öldürməyə cəhd etmişdi. Adam problemli, travmalıdır, biz bunların yanında olmalıyıq, dəstək olmalıyıq”.
İB-in sədri Nazirliyin binasında yaşayan gərgin anlara da münasibətini bildirib:
“Bəli, mən də etiraz edirəm ki, bunlar olmamalı idi. Mən də narazılığımı bildirirəm ki, o kompüter avadanlığı, qapı sındırılmamalı idi. Amma bu gün gəlin onu müzakirə etməyək. Gəlin müzakirə edək ki, onu niyə qırıblar? Onları qırmağa vadar edənlər kimlərdir?”
H. Vəliyev qeyd edib ki, qazilərin Nazirliyin önünə toplaşmasından sonra 3 nəfərə əlillik təyin edilib.
Daha ətraflı videomüsahibədə:
776 dəfə oxundu