Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi

Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi
Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında intihar baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyulun 3-də saat 09 radələrində xəstəxanada müayinəyə gəlmiş 1986-cı il təvəllüdlü Aysel Maarif qızı Xəlilova özünü klinikanın Səməd Vurğun küçəsindəki korpusunun 10-cu mərtəbəsindən atıb. O, binanın 4-cü mərtəbəsinin eyvanına çırpılaraq vəfat edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Tibb Universiteti hadisə ilə bağlı açıqlama verib: "Baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqnları araşdırma aparır. Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı hadisəyə hüquqi qiymət verəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...