Tanınmış həkimin ölümü ilə bağlı şok açıqlama - VİDEO

Tanınmış həkimin ölümü ilə bağlı şok açıqlama -
"Son iki ilə qədər ailədə vəziyyət qənaətbəxş idi. Ta ki, Rüfətin ailəsi mülkləri onun adına keçirməyi təkid edənə qədər".

Modern.az xəbər verir ki, bunu APA TV-yə özünü binadan ataraq öldürən tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin qardaşı Elçin Vəliyev deyib.

Onun sözlərinə görə, ailə münaqişəsi Xalidənin ər tərəfdən yaxın qohumlarının təkidi, təzyiqi, hədə qorxsusu, aranı qızışdırması nəticəsində Rüfət mütəmadi olaraq içib və mülklər üstündə evdə münaqişə yaradıb.

“Dəfələrlə Xalidəni döyüb, müxtəlif xəsarətlər yetirib. Dəfələrlə ailə üzvlərimiz bunun şahidi olub və boşanmaları üçün Xalidəni o evdən çıxartmışıq, lakin 5-7 gün ərzində Rüfət yenidən bağışlanmağını və bir daha belə etməyəcəyini söz verərək barışmağa nail olub. Son bir ildə müxtəlif dost və yoldaşlarına, hətta vəkilinə döyülməsi haqda, xəsarətlərin video və fotoşəkilini göndərib, bütün bu materiallar istintaqa təqdim olunub. Lazım gələrsə, gələcəkdə bu məlumatlar mediaya da təqdim olunacaq”, - deyə Elçin Vəliyev bildirib.

Onun sözlərinə görə, hadisə baş verən gün Xalidə artıq boşanmaq barədə qəti qərar qəbul edibmiş.

“Hətta hadisə günü Xalidə işdən sonra vəkili ilə görüşmüş, boşanmaya dair bütün məlumatları vəkilə vermişdir. Həmin günü evə gəlib bizə zəng etməli idi ki, gəlib onu götürək, biz Xalidənin zəngini gözləyirdik. Lakin Rüfətin zəngi gəldi ki, Xalidə özünü atdı. Burada böyük bir müəmma var, inşallah ki, istintaqda bu məlum olacaq. Xalidə intihar edə bilməzdi, onu tanıyan hamı bu sözü deyir və həmin gün bütün ailə münaqişəsinə son qoyulacaqdı”, - deyə qardaşı vurğulayıb.

Elçin Vəliyev deyir ki, Xalidənin bədənində 2-3-5-8 günün döyülmə xəsarətləri olub.

“Bu o deməkdir ki Rüfət mütəmadi olaraq Xalidəni döyüb, zor tətbiq edib, davamlı olaraq ailəsinin fikri ilə Xalidəyə təzyiqlər göstərib, hətta ailəsi də birləşərək dəfələrlə Xalidəyə təzyiqlər ediblər, bu kimi təzyiqlərin bir neçəsinin canlı şahidi olmuşuq. Əldə olunan bütün video, fotofaktlar prokurorluğa təqdim olunub. Düşünürük və inanırıq ki, qısa zamanda bütün müəmma və suallara cavab ala biləcəyik. Son olaraq bildirmək istəyirəm ki, bu intihar deyil, heç kim buna inanmır, ən azı intihara sövq etmədir”, - deyə Xalidənin qardaşı qeyd edib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...