Rayon rəhbəri Xoruzlu kəndində şəhid ailələri ilə görüşüb

Rayon rəhbəri Xoruzlu kəndində şəhid ailələri ilə görüşüb

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev ilə birlikdə rayonun Xoruzlu kəndində Xoruzlu və Kəbirli kəndlərindən olan şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb, ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün rayonda görülən işlərdən söhbət açıb. Bu istiqamətdə ölkə rəhbəri cənab İlham Əliyevin və birinci vitse Prezident Mehriban xanım Əliyevanın bütün dövlət qurumlarına nümunə olduğunu bildirib.
Qeyd olunub ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi onların ailə üzvlərinə bir təskinlik verir, onların heç vaxt unudulmadığını əks etdirir.
İcra başçısı şəhid ailələri ilə Respublika Prezidentinin sərəncamı ilə yeni tikilən Xoruzlu kənd tam orta məktəbinin həyətində şəhidlərin xatirəsinə inşa ediləcək şəhidlər abidə kompleksi ilə də bağlı söhbət aparıb, onların fikirlərini öyrənib.
Görüşdə rayon rəhbəri birinci Qarabağ müharibəsi şəhidi Əliyar Qaraşovun bacısı Züleyxa Qaraşovanın yaşadığı evə su xəttinin çəkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verib, sakinlərə onların Kəbirli kəndinin qəbiristanlığına gedən yolun asfaltlanması üçün etdikləri müraciətləri ilə bağlı rayon icra hakimiyyəti tərəfindən “Azəravtoyol”-a müraciət olunacağını bildirib.
Şəhid ailələrinin üzvləri rayon rəhbəri ilə görüşdən razı qalıblar.
Onlar şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Rayon rəhbəri Xoruzlu kəndində şəhid ailələri ilə görüşüb
Rayon rəhbəri Xoruzlu kəndində şəhid ailələri ilə görüşüb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...