“Əl-Qaidə”nin öldürülən lideri: Həkim necə terorçu oldu? - DOSYE
“Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahiri bazar günü Əfqanıstanda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Zərbənin pilotsuz uçuş aparatı vasitəsilə endirildiyi bildirilir.
ABŞ prezidenti Co Bayden televiziya ilə canlı yayımlanan çıxışında bildirib ki, ədalət yerini tapdı və terrorçu lider artıq yoxdur. Bayden aylarla davam edən planlaşdırmadan sonra Kabil şəhərinin mərkəzində dəqiq zərbə endirilməsinə icazə verdiyini və heç bir mülki vətəndaşın ölmədiyini bildirib.
Zəvahiri kimdir?
Modern.az xəbər verir ki, 71 yaşlı Ayman əl-Zəvahiri “Əl-Qaidə”nin keçmiş lideri Usamə Bin Ladenin sağ əli və təşkilatın baş ideoloqu kimi tanınırdı. Bin Ladenin 2011-ci ilin mayında ABŞ qüvvələri tərəfindən öldürülməsindən sonra Ayman əl-Zəvahiri “Əl-Qaidə”nin lideri olub. İddialara görə, Zəvahiri 2001-ci ildə verən 11 sentyabr hücumlarının təşkilatçısı olub. Zəvahiri ABŞ hökumətinin ən çox axtarılan terrorçular siyahısında Bin Ladendən sonra ikinci yerdə qərarlaşıb və başına 25 milyon dollar mükafat qoyulub.
O, 1951-ci il iyunun 19-da Misirin paytaxtı Qahirədə ziyalı ailəsində anadan olub. İlk dəfə 15 yaşında Müsəlman Qardaşlarına üzv olduğu üçün saxlanılıb.
“Əl-Qaidə” lideri siyasi fəaliyyətlə yanaşı tibb sahəsi ilə də məşğul olub. O, 1974-cü ildə Qahirə Universitetinin Tibb Fakültəsini bitirib və dörd ildən sonra cərrahiyyə üzrə magistr dərəcəsi alıb. 1995-ci ildə vəfat edən atası Məhəmməd həmin universitetin farmakologiya üzrə professoru olub.
Zəvahiri əvvəlcə Qahirədən kənarda tibb klinikası yaradaraq ailə ənənəsini davam etdirib, lakin tezliklə radikal qruplara rəğbət bəsləməyə başlayıb. 1981-ci ildə Misir Prezidenti Ənvər Sədatın sui-qəsd nəticəsində öldürülməsindən sonra həbs edilib. Azadlığa çıxdıqdan sonra Zəvahiri Səudiyyə Ərəbistanına köçüb. Daha sonra Pakistana, oradan Əfqanıstana keçib.
Sovet işğalı zamanı Əfqanıstanda həkim işləyərkən orada Misirin İslam Cihadı təşkilatının bölməsini yaradıb. 1993-cü ildə yenidən ortaya çıxdıqdan sonra Zəvahiri Misir İslami Cihadının rəhbərliyini öz üzərinə götürüb və Misirin nazirlərinə, o cümlədən baş nazir Atif Sidkiyə qarşı sui-qəsdlər təşkil edib. Təşkilat Zəvahirinin rəhbərliyi altında Misirdə bir sıra qırğınlar törədib. Zəvahiri təşkilatın bir çox hücumlarında iştirak etdiyinə görə Misir hərbi məhkəməsi tərəfindən qiyabi ölüm cəzasına məhkum edilib.
Zəvahirinin 1990-cı illərdə həm sığınacaq, həm də maliyyə axtarmaq üçün dünyanı gəzdiyi güman edilir. Sovet İttifaqı Əfqanıstandan çıxdıqdan sonra onun Bolqarıstan, Danimarka və İsveçrədə yaşadığı, bəzən saxta pasportlarla Balkanlara, Avstriyaya, Yəmənə, İraqa, İrana və Filippinə səfər etdiyi güman edilir. İddialara görə, Zəvahiri 1996-cı ilin dekabrında Çeçenistanda etibarlı vizası olmadan tutulduqdan sonra altı ay Rusiyada saxlanılıb.
1997-ci ildə Zəvahirinin Üsamə Bin Ladenin yerləşdiyi Əfqanıstanın Cəlalabad bölgəsinə köçdüyü bildirilir. Bir sıra terror fəaliyyətləri icra etdikdən sonra o, Bin Ladenin sağ əli kimi tanınmağa başlayıb. Həmin illərdə ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinə edilən hücumlarda 223 nəfər həlak olub. Hücumun arxasında Zəvahirinin olduğu ehtimal edilir.
2006-cı ildə ABŞ Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında Zəvahirinin yerləşdiyi binanı raket atəşinə tutub. Ancaq onun ələ keçirilməsi mümkün olmayıb. 2001-ci ildə həyat yoldaşı, oğlu və iki qızının Əfqanıstanın Qəndəhar şəhərindəki hücumda öldürüldüyü deyilir.
Zəvahiri necə öldürülüb?
Amerika rəsmiləri mətbuata açıqlamalarında əməliyyatın detallarını açıqlayıblar. Bildirilir ki, ABŞ hökuməti Zəvahirini dəstəkləyən şəbəkədən xəbərdar olub. ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra kəşfiyyatçılar Əl-Qaidənin bu ölkədə fəaliyyətini izləyiblər. Mərkəzi Kəşfiyyat İdarəsi bu il Zəvahirinin ailəsinin - digər həyat yoldaşı, qızı və nəvələrinin Kabildə yerləşən təhlükəsiz evə köçdüyünü müəyyən edib. Daha sonra onun özünün də həmin evə gəldiyini aşkarlayıblar.
Kəşfiyyatçılar bir neçə ay ərzində evi müşahidə ediblər və Zəvahirinin orada qaldığına əmin olublar. Zəvahirinin evinin eyvanına çıxan zaman kimliyinin dəqiqləşdirildiyi bildirilir. Bu barədə aprel ayında ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan Prezident Co Baydenə məlumat verib.
Kəşfiyyatçılar binanı tamamilə dağıtmadan və mülki şəxslərə, eləcə də Zəvahirinin ailəsinə zərər vurmadan onun necə öldürməyi planlaşdırıblar. Əməliyyat üçün evin tikintisi, sturukturu, binanın sakinləri araşdırılıb.
Son həftələrdə Bayden kəşfiyyat məlumatlarını yoxlamaq və ən yaxşı hərəkət kursunu qiymətləndirmək üçün məsləhətçilər və hökumət üzvləri ilə görüşlər keçirib. İyulun 1-də Ağ Evin Vəziyyət Otağında (Ağ Evdə yerləşən və ABŞ Milli Təhlükəsizlik Şurasına məxsus otaqda əsasən kəşfiyyat məlumatları müzakirə olunur) Baydenə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və digər kəşfiyyat rəsmiləri tərəfindən əməliyyatla bağlı məlumat verilib.
Bayden əməliyyata aydınlıq gətirmək üçün bir sıra suallar verib, kəşfiyyatçılar Zəvahirinin qaldığı binanın modelini prezidentə təqdim ediblər. İclas zamanı Bayden binada olan işıqlandırma, havalandırma, tikinti materialları və əməliyyatın müvəffəqiyyətinə təsir edə biləcək digər amillərə də aydınlıq gətirilməsini istəyib. O, həmçinin Kabildə həyata keçiriləcək hücumun potensial nəticələrinin təhlil olunmasını tələb edib.
İyulun 25-də Prezident Bayden Zəvahirinin öldürülməsinin Amerikanın "Taliban"la münasibətlərinə necə təsir edəcəyini müzakirə etmək üçün administrasiyanın əsas üzvlərini və müşavirlərini toplayıb. Fikirləri dinlədikdən sonra Bayden mülki itkilərin riskini minimuma endirmək şərti ilə dəqiq zərbə endirilməsinə icazə verib.
İyulun 31-də qaldığı evin eyvanına çıxan Zəvahiri Mərkəzi Kəşfiyyat idarəsinə məxsus PUA tərəfindən buraxılan “Hellfire” raketi ilə öldürülüb. PUA-nın ABŞ istehsalı MQ-9B “Reaper” model olduğu təxmin edilir.
Bayden açıqlamasında terrorçuların digər liderlərinə də xəbərdarlıq edib: “Nə qədər vaxt aparsa da, harada gizlənsəniz də, xalqımız üçün təhlükə olsanız, ABŞ sizi tapıb çıxaracaq”.
Talibanın sözçüsü Zabihullah Mücahid bazar günü Kabildə hücumun həyata keçirildiyini təsdiqləyib və bunu “beynəlxalq prinsiplərin” pozulması adlandıraraq, hücumu qəti şəkildə pisləyib.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Kabilin Şerpur adlanan və səfirliklərin yerləşdiyi yüksək səviyyəli yaşayış məhəlləsində bir evin raketlə vurulduğunu bildirib. Əraziyə jurnalistlər buraxılmayıb. "Taliban"ın yüksək vəzifəli rəsmisi bəyan edib ki, Zəvahiri əvvəllər Hilmənd əyalətində olub və ötən ilin avqustunda "Taliban" hakimiyyətə gəldikdən sonra Kabilə köçüb.
Qeyd edək ki, son illər ərzində bir neçə dəfə Zəvahirinin ölümü ilə bağlı xəbərlər yayılıb və onun səhhətinin pis olduğu bildirilib. Lakin sonrada bu informasiyalar təkzib olunub.
834 dəfə oxundu