Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib, ölən var

Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib, ölən var
Şəmkir rayonunun Kür qəsəbəsi Polis Bölməsinin rəisi Bakı-Qazax yolunda qəza törədib.

"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

Belə ki, bölmə rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Araşdırma aparılır.

Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a təsdiqlənib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...