Xızıda DYP-nin saxladığı şəxslər şöbədə döyülüb?
Xızıda polis əməkdaşlarına qarşı zorakılıqetmə iddiası ilə həbs edilən Famil Zeynalov azadlığa buraxılıb.
Bu barədə “Qafqazinfo”ya F.Zeynalovun vəkili Anar Qasımlı məlumat verib. O bildirib ki, avqustun 10-u saat 23 radələrində Xızı rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması iddiası ilə bağlı rayon prokurorluğunun təqdimatı ilə 2 ay müddətə həbs edilən Famil Zeynalov Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb: “Belə ki, məhkəməyə hadisə vaxtı F.Zeynalovun polis tərəfindən döyüldüyünü əks etdirən görüntülər təqdim edilib. Famil Zeynalovun və Amid Qafarovun polis əməkdaşlarına hər hansı xəsarət yetirmədiyi üzə çıxıb. Mən Familin vəkiliyəm, əgər həbs edilən digər şəxs də məhkəməyə müraciət etsə, o da azadlığa çıxa bilər”.
Vəkil əlavə edib ki, Famil Zeynalovun həbsi qeyri-qanunidir və bununla bağlı hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə müraciət olunub: “Müraciətə müvəkkilimin döyülməsini və xəsarətləri əks etdirən görüntüləri də əlavə etmişik”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şimal regional qrupunun baş inspektoru Xəyal Talıbov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Famil Zeynalov və Amid Qafarov adlı şəxslərin Xızı RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatların hüquqi əsası yoxdur: “10.08.2022-ci il tarixdə dövlət qeydiyyat nişanı olmayan “VAZ 21093” markalı avtomobil hərəkətdə olan zaman Xızı RPŞ-nin DYPB-nin əməkdaşlarının saxla əmrinə tabe olmaması müəyyən olunub. Gələcəkdə baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə YPX inspektorları tərəfindən həmin avtomobil izlənilməyə başlanılıb və bir müddət sonra avtomobil maneəyə ilişərək dayanıb. Polis əməkdaşları sürücüyə yaxınlaşaraq törətdiyi inzibati xətanı izah edərək müvafiq sənədlərini təqdim etməsini xahiş ediblər. Hadisə yerində olan “Chery” markalı avtomobilin sürücüsü isə polis əməkdaşları ilə mübahisə edərək onlara qarşı kobud və təhqiramiz ifadələr işlədib. Daha sonra əraziyə PPXT-nin əməkdaşları cəlb olunub. Onlar polis əməkdaşlarına qarşı zor tətbiq edərək nalayiq ifadələr işlədiblər. Həmin şəxslər saxlanılaraq Xızı RPŞ-nin inzibati binasına gətiriliblər və onların əvvəllər bir neçə dəfə məhkum olunmuş Famil Zeynalov və Amid Qafarov olduğu müəyyən edilib. Araşdırma zamanı məhkəmə-tibbi ekspertizası təyin edilib və məhkəmə-tibbi ekspertizasının rəylərində iki polis əməkdaşının bədənində müxtəlif xəsarətlər olması müəyyən edilib. Faktla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırma aparılaraq toplanmış materiallar aidiyyəti üzrə Xızı Rayon Prokurorluğuna göndərilib. Hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə 2 ay müddətə həbs qətimkan tədbiri seçilib. Daha sonra isə F.Zeynalov barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib”.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Xızı Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb: “İstintaq tədbirləri davam etdirilir”.
654 dəfə oxundu