Bakıda uşaq bağçalarının süd-qatığını da oğurlayıblar - VİDEO

Bakıda uşaq bağçalarının süd-qatığını da oğurlayıblar -

Bakıda uşaq bağçalarından silsilə oğurluqlar edən şəxslərin məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsinin hökmünə əsasən, Vaqif Səfərov 2 il ay 6, Elturan Vəlibəyov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayətkarlar oğurluğu bu ilin yanvarın 22-dən başlayaraq əvvəlcə Bakının Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasında, daha sonra isə 202 saylı uşaq bağçasında törədiblər.

Məhkəmə zamanı bəlli olub ki, daha öncədən həbsxanada tanış olan dostlar, 151 saylı bağçaya ümumilikdə 10 956 manat, bağçanın direktoruna isə 1400 manada maddi ziyan vurublar. Onlar uşaq bağçasının hətta ət, kərə yağı, qab şampunu, sabun, süd, qatıq, şəkər tozunu da oğurlayıblar.

202 saylı uşaq bağçasından edilən oğurluğun dəyəri isə 1704 manat olub.

Əlavə edək ki, Elturan Vəlibəyov və Vaqif Səfərovun bağçadan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Cinayətkarlar bu ilin yanvarında saxlanılıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
702 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...