Xoşqədəmlə Elgiz Əkbərin adından istifadə edib dələduzluq elədi

Xoşqədəmlə Elgiz Əkbərin adından istifadə edib dələduzluq elədi
Dələduzluqda təqsirləndirilən Ayxan Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ayxan Məmmədli 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, Ayxan Məmmədli bir neçə nəfərin etibarından sui-istifadə edərək onlardan pul alıb. Təqsirləndirilən şəxs aldığı pulları 10-15 faizlə geri qaytaracağını deyib.

Ayxan Məmmədli zərərçəkmiş şəxslərə sosial evlərdən mənzil almaq, həbsdən adam çıxarmaq, tibb sertifikatı almaqla bağlı vədlər verib. O, ümumilikdə 300 min manatdan artıq pulu dələduzluqla ələ keçirməkdə ittiham olunur.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişlərin əksəriyyətinin dedikləri ilə razılaşmayaraq dəymiş ziyanın çoxunu geri qaytardığını deyib.

İttihamda o da qeyd olunub ki, Ayxan Məmmədli ARB telekanalının aparıcıları Elgiz Əkbər və Xoşqədəm Hidayətqızının adından istifadə edərək zərərçəkmişlərdən pul istəyib. Zərərçəkmiş şəxs Gülşən Seyidova istintaqda deyib ki, Ayxan Məmmədli söz verib ki, Xoşqədəm Hidayətqızı onun daun sindromlu nəvəsini başqa ölkəyə müalicəyə göndərəcək. Bunun müqabilində ondan 3 min manat pul alıb. Həmin pulu da sələmlə geri qaytaracağını deyib.

Məhkəmədə məlum olub ki, cinayət işi ilə bağlı Xoşqədəm Hidayətqızı da istintaqda ifadə verib. Aparıcı onun adından deyilənləri təkzib edib.

İttiham olunan şəxs Elgiz Əkbərin aparıcılıq etdiyi verilişdə çalışdığını desə də, onun və Xoşqədəm Hidayətqızının adından istifadə etdiyini boynuna almayıb. (Apa)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
621 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...