4 şagirdi intihar edən məktəblə bağlı qərar verildi

4 şagirdi intihar edən məktəblə bağlı qərar verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 113 saylı orta məktəbin 4 şagirdinin intihar etməsi hadisəsi ilə bağlı məktəbin kollektivi, şagird və valideynlərlə iş aparacaq.

İdarədən virtualaz.org saytının sorğusunu cavablandırarkən bildiriblər ki, hazırda intihar hadisələri ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır.

Aparılan istintaq-ekspertiza tədbirləri nəticəsində müəyyən edilib ki, şagirdlərin intihar etmə səbəbləri onların təhsil aldıqları məktəbin fəaliyyəti ilə bağlı deyil.

Şagirdlərin intiharı ilə bağlı idarə də araşdırma aparıb. Belə ki, idarənin əməkdaşları hadisənin səbəblərinin aydınlaşdırılması üçün təhsil müəssisəsinin rəhbərliyi və kollektivi ilə görüşüb. Görüşdən sonra valideyn və şagirdlərlə psixoloji iş aparılması qərara alınıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...