Anar Əsədli Oqtay Qasımovdan aldığı pulu qaytarmadığına görə “Bandotdel”ə çağırılıb?

Anar Əsədli Oqtay Qasımovdan aldığı pulu qaytarmadığına görə “Bandotdel”ə çağırılıb?

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasının səbəbi açıqlanıb. Pravda.az xəbər verir ki, A.Əsədli mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov və digərlərinin şikayəti əsasında idarəyə çağırılıb.

İddia olunur ki, A.Əsədli O.Qasımovdan külli miqdarda pul alıb və qaytarmayıb.

Pravda.az-ın əməkdaşı iddiaların doğru olub-olmaması barədə Oqtay Qasımovdan mövqe öyrənməyə çalışıb.

O.Qasımov açıqlama verməkdən imtina edib: ““Mən bu suallara cavab vermirəm. Bu məsələlər mətbuatda müzakirə olunmur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
596 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...