DTX-nın tutduğu məmur külli miqdarda talamada ittiham edilir

DTX-nın tutduğu məmur külli miqdarda talamada ittiham edilir
Bir neçə gün əvvəl həbs edilən Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun nədə ittiham olunması məlum olub.

GUNDEMİNFO.AZ APA-ya istinadən xəbər verir ki, nazirliyin şöbə müdiri xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
İlkin Nəsibova Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, İlkin Nəsibov Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun barəsində Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də istintaqa cəlb olunub. Lakin onun barəsində hər hansı bir qətimkan növünün seçilməsi ilə bağlı məlumat yoxdur.

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...