Azərişıq”la “Azərenerji” rəhbəri arasında “gizli” icarə müqavilələri – ŞOK DETALLAR
2015-ci ilin fevral ayında Prezident İlham Əliyevin sərəncamı ilə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) adlandırılmışdı. “Azərişıq” ASC-nin əsas vəzifəsi isə ölkə vətəndaşlarını, istehsal və xidmət obyektlərini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Eyni zamanda göstərilən xidmətin keyfiyyətini yüksəltmək, ölkənin elektrik şəbəkəsini dünya standartlarına uyğun yenidən qurmaq idi.
GundemXeber.Az bildirir ki, ötən müddət ərzində “Azərişiq” ASC-nin bu vəzifələrin öhdəsindən necə gəldiyini hər kəs aydın görür. Baxmayaraq ki, bu məqsədlə büdcədən kifayət qədər vəsait ayrılır, təəssüf ki, hələ də ölkənin enerji sektorunda köklü dəyişiklik baş verməyib.
Qurumun işinin lazımi səviyyədə təşkil olunmamasının səbəblərindən biri də korrupsiya və maliyyə maxinasiyalarıdır. Maraqlıdır ki, yeyintiləri üzə çıxaran əməkdaşlar isə heç bir əsaa gətirədən vəzifədən uzaqlaşdırılır. Məsələn, “Azərişıq”da audit yoxlaması apararaq ciddi maliyyə pozuntularını üzə çıxaran Ənnağı Cənnətov bu hesabatını rəhbərliyə təqdim etdikdən sonra “Azərişıq” Audit Komitəsinin Sədri vəzifədən alınıb. Maraqlıdır ki, bunun ardınca Azərişıq” ASC “KPMG Audit Azərbaycan” MMC ilə satınlama müqaviləsi imzalayıb. Aparılan araşdırmalar zamanı Azərişıq”la “Azərenerji” rəhbəri Baba Rzayev arasında “gizli” icarə müqavilələrinin olduğu, Baba Rzayevin əvvəllər sədr olduğu qurumdan hər ay küllü miqdarda arenda xərcləri aldığı üzə çıxıb. Belə ki, Baba müəllim illər əvvəl öz yaxınlarının adına aldığı mülkləri sözügedən qurumun Bakı şəhəri üzrə bir sıra rayonlarının Enerji Təchizatı və Satışı İdarələrinin ixtiyarına verərək sədri vəzifəsini icra etdiyi dönəmdən bəri “Azərişıq”ın rəsmi icarə müqavilələri əsasında küllü miqdarda qazancına özü sahib olub.
Bundan başqa, “Azərişıq” ASC-də vəzifə alan şəxslərlə bağlı da şübhəli məqamlar var. Məsələn, 2007-ci ildə Ağır Cinayətlər üzrə Məhkəməsində keçmiş İqtisadi İnkişaf Nazirliyində sektor müdiri işləyərkən yol verdiyi qanunsuzluqlara görə AR CM-nin 308.2 (dövlət satınalmalarını qanunsuz keçirmə), 311.3.1 (mütəşəkkil dəstə ilə rüşvətalma), 311.3.2 (təkrar rüşvətalma), 311.3.3-cü (külli miqdrada rüşvətalma) maddələrilə təsirləndirilən Sakit Baxışov hazırda “Azərişıq” ASC-nin İşlər İdarəsinin rəisidir. S.Baxışov AR Qanunlarına, ƏM-nin tələblərinə, Cənab Prezidentin göstəriş və tövsiyələrinə məhəl qoymur: “Bu şəxsin “sayəsində” “Azərişıq” ASC-də haqsızlıq, sosial-ədalətsizlik hökm sürür. Bundan başqa AR CM-nin 179.3.1, (mütəşəkkil dəstə ilə mənimsəmə), 179.3.2 (külli miqdrada mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təsirli bilinən İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakı Nazirliyinin departamentinin sabiq direktoru – Çingiz İbadov “Azərişıq” ASC-də idarə rəisinin müavinidir. İbadov Barmek AEŞ MMC-nin fəaliyyəti dövründə da cinayət məsuliyyətinə cəlb edilib. Mahir Novruzov da eynilə.
Hərbi Prokurorluqda idarə rəisi kimi həmin strukturun işə rəhbərliyi zəruri tələblər səviyyəsində təşkil edə bilmədiyinə, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların aradan qaldırılması üçün tədbirlər görmədiyinə görə, Baş Prokurorluğun əmrilə vəzifədən azad edilən Xalid Təhməzov hazırda ASC sədrinin müşaviridir. Bu şəxslərin (Sakit Baxışov, Xalid Təhməzov, Çingiz İbadov, Mahir Novruzov və s.) “Azərişıq” ASC-də rəhbər vəzifələrdə təmsil olunmalarına sədr Vüqar Əhmədov niyə “göz yumur” ?
“Azərişıq” ASC-nin, “Şimal” RETSİ-də Sənan Abdullayev, Şahnəzər Ağayev kimi dövlətdən havayı maaş alan “ölü canlar”ı da görməzdən gəlir. Bu şəxslərə himayədarlıq edilir. Sənədlə, formal işə qəbul edilən, davamiyyət kitabinda adı belə olmayan-S.Abdullayevi “görən”, “tanıyan” yoxdur. GundemXeber.Az qeyd edir ki, bununla əlaqədar Mediaxeberleri.az-a daxil olan məlumata görə, S.Abdullayein qardaşı-Xəqani hazırda İqtisadiyyat nazirliyində işləyir. Ondan fərqli olaraq davamiyyət kitabında Ş.Ağayevin adı var, imzası yoxdur.(surətlərini təqdim edə bilərəm) Məlumatıma görə bu S.Abdullayev xaricdə olduğu vaxtlarda ona iş günləri yazılıb. İdarədə onu taniyan, yoxdur. Hamıya qiyabi olaraq V. Əhmədovun qohumu kimi tanıdılıb.
678 dəfə oxundu