Saleh Məmmədovun biznesmen müşaviri: Milyonluq mülklər, şirkətlər gören necə əldə edib

Saleh Məmmədovun biznesmen müşaviri:
Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı bir vaxtda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun özünün və oğlunun böyük şirkətləri üzə çıxıb.

Qaynarinfo-nun araşdırmasına görə, uzun illərdir yol infrasturkturu ilə bağlı mühüm dövlət vəzifələrində çalışan Şahin İbadov bu dövr ərzində özünə və ailəsinə böyük biznes imkanları qurmağı da bacarıb.

Əvvala qeyd edək ki, Ş.İbadov Şəki və Oğuz yol tikinti istismarı idarəsinin rəisi, Bakı 4 saylı idrənin rəisi, "AzərAvtoyol Təchizat İdarəsi”nin rəisi, "Azəravtoyol” sədrin məsləhətçisi vəzifəsində çalışıb və hazırda isə AAYDA sədrinin müşaviridir.

Ş.İbadov həm də Bakı Tikinti Konstruksiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) faktiki sahibidir və şirkətin 98,66 faiz səhmləri ona və ailəsinə məxsusudur.

Saleh Məmmədovun biznesmen müşaviri:


QSC-nin qanuni təmsilçisi isə Məhərrəmov Tofiq Vüqar oğludur. AAYDA sədrinin müşavirinin "Trans Tikinti” MMC-si də var. Bu şirkətin 100 faizlik səhmləri oğlu Namiq İbadzadəyə məxsusdur.

Saleh Məmmədovun biznesmen müşaviri:


İlin əvvəlində bu şirkətin də qanuni təmsilçisi Tofiq Məhərrəmov Vüqar oğlu olub.

T.Məhərrəmov AAYDA sədrinin müşavirinin yaxın qohumudur, Azərbaycan İqtisad Universitetinin tələbəsi olub və burada da 2019-cu ildə magistr dərəcəsi alıb.

Elmi andı:

"Mən, Məhərrəmov Tofiq Vüqar and içirəm ki, "Respublikada ticarət firmalarının marketinq strategiyasının formalaşması” mövzusunda magistr dissertasiyasını elmi əxlaq normalarına və istinad qaydalarına tam riayət etməklə və istifadə etdiyim bütün mənbələri ədəbiyyat siyahısında əks etdirməklə yazmışam”.

Saleh Məmmədovun biznesmen müşaviri:
Saleh Məmmədovun biznesmen müşaviri:


AAYDA sədrinin müaşvirinin oğlu hazırda "Siracoglu” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.
Saleh Məmmədovun biznesmen müşaviri:
Saleh Məmmədovun biznesmen müşaviri:





Apardığımız araşdırmaya görə, 2019-cu ildə MMC yarananda, şirkətin qanuni təmsilçisi Əhmədzadə Eyyub Qalib oğlu olub.



"Siracoglu” MMC-nin tərkibində Aşıq Molla Cümə küçəsi, 46B ünvanında "BİÇER Luxury İnteriors” mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır.



"Siracoglu” MMC-nin tərkibində Şəkidə və bir sıra rayonlarda böyük fermer təsərrüfatları da mövcuddur.

QARABAĞDAKI MAXİNASİYALAR

Ş.İbadov həmçinin BTK QSC və digər (yaxın qohumarın adına qeydiyyatdan keçmiş) şirkətlər vasitəsi ilə 2 milyon manatdan yuxarı şəxsi avtomobil parkını (15 yaxın bahalı avtomobil) iri texnikalar üçün nəzərdə tutulmuş sürtkü yağları ilə barter edib.

Sonradan, vəzifəsindən sui istifadə edərək Qarabağda çalışan şirkətlərə və AAYDA-nın digər müəssisələrinə satıb.

Ş.İbadov bundan başqa 2003-cü ildə yaradılan və sonradan müflis elan edilən tikinti şirkəti "Azərinşaat"a məxsus 100 ədədə yaxın yol tikinti texnikasını qeyri-qanuni yolla əldə edərək, Qarabadağda çalışan yol tikinti şirkətlərinə müqaviləsiz və yuxarı qiymətlə icarəyə verib.

O, bu yolla əldə etdiyi vəsait hesabına BTK QSC-nin adına Ağ Şəhərdəki "Knightsbridge” Yaşayış Kompleksində bir mərtəbə (1000m2 yaşayış sahəsi) alıb. Əmlakın dəyəri 3 000 0000 manatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
646 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...