Zakir Fərəcovla bağlı iddia: İşə çıxmır, fəaliyyəti araşdırılır? - Rəsmi açıqlama

Zakir Fərəcovla bağlı iddia: İşə çıxmır, fəaliyyəti araşdırılır? -

Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamalar başladığı haqqında məlumatlar yayılıb.

Qaynarinfo xəbər verir ki, məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun fəaliyyət dövrü araşdırılır. Bildirilir ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək.

Sumqayıtda isə artıq Zakir Fərəcovun işdən çıxarılacağı barədə məlumatlar dolaşır. Hətta onun işə çıxmadığı, idarəetmədən faktiki olaraq kənarlaşdırıldığı deyilir.

Qaynarinfo məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumun İnformasiya təminatı və təhlil sektorundan bildirilib ki, yayılan məlumatlar əsassızdır: "Sumqayıt Şəhər İcra Hakimiyyətində hər hansı yoxlama aparılmır”.

Sektordan Zakir Fərəcovun işə çıxmadığı barədə iddiaların da həqiqəti əks etdirmədiyi bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...