Neftçala icra başçısını makler şəriki şantaj edir: narazılıq pik həddə - İLGİNC FAKTLAR

Neftçala icra başçısını makler şəriki şantaj edir: narazılıq pik həddə -

Neftçala fermerlərinin üzləşdiyi qanunsuzluqlarla bağlı mətbuatda dərc olunan şikayətləri müəyyən nəticələr verməkdədir.

GUNDEMİNFO.AZ xəbər verir ki, bununla bağlı DİA.AZ-a daxil olan məlumata görə səlahiyyətinə aid olmadan torpaq satışı, idarəyə verilməsinin bütün bazarlığını öz üzərinə götürən 61 saylı DSK Sədri Zaur Kərimov vəzifəsi ilə vidalaşır. Bizi məlumatlandıran mənbənin sözlərinə görə Z.Kərimovun artıq ərizəsi alınıb və MSK tərəfindən onun səlahiyyətlərinə xitam verilməsi adi prosedur məsələdir. Bu arada Z.Kərimov vəzifəsiz qalmaması üçün yeni axtarışlara çıxıb.

Mənbənin DİA.AZ-a bildirdiyinə görə icra hakimiyyətində vəzifə alması üçün Z.Kərimov icra başçısı Mirhəsən Seyidova bir neçə minnətçi salıb. Bu sahədə uğur qazana bilməyən Zaur Kərimov gənc icra başçısının 2021ci ilin oktyabrında törətdiyi avtoqəzanı ört-basdır etməsi(iddiaya görə idarə etdiyi avtomobillə adam vurub hadisə yerindən qaçan başçının əməlini Z.Kərimov öz üzərinə götürüb), torpaq maklerliyinində birgə qazanclarını dilə gətirməklə şantaj yolunu tutub. Bu arada Z.Kərimovun rayondakı Sahibəzzaman məscidinə axund təyinatı, keçmişinin müxalifətlə bağlı olduğu iddia edilən Ülvi Fərzəliyevin YAP Neftçala təşkilatının başına gətirilməsinin qaranlıq məqamlar haqda atmacaları da icra başçısına "açaram sandığı, tökərəm pambığı" mesajı sayıla bilər.

Rayona təyin olunduqdan sonra ümidləri boşa çıxaran və adı müxtəlif qalmaqallarda hallanan icra başçısından da rayonda ciddi narazılıq var. Bəzi məqamlarda gənc başçı həbsdə olan sələfinə rəhmət belə oxutdurur.İsmayıl Vəliyev kimi gününün çox hissəssini restoranlarda keçirən yeni icra başçısının da ilk işi özünə biznes yaratmaq olub. (İsmayıl Vəliyevin ilk işi Neftçalada yeni bazar və restoran inşa etmək olmuşdu.)

Belə ki, Mirhəsən Seyidov dəniz sahilində, xalq arasında “Müşviq” deyilən, Neftçalanın Şirvanlı kəndində İstirahət Mərkəzi tikdirib. Mərkəzin idarəçiliyini icra başçısının Bakıdan özü ilə gətirdiyi Rüstəm adlı yaxın qohumu aparır. (Təsadüfdənmi, yoxsa qədərdənmi, İsmayıl Vəliyev də Neftçalaya gələndə özü ilə Rüstəm adlı dostunu gətirmişdi.) Rayondakı mənbələrin məlumatına görə gənc icra başçısından narazılıq pik həddədir. Mənbənin sözlərinə görə bu yaxınlarda ölkə rəhbərinin bölgəyə səfəri gözlənilir və bu səfər zamanı narazı əhali Mirhəsən Seyidova sürpriz yaşada bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
403 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...