Xaricdə biznesləri ortaya çıxmış sabiq məmurlar — ARAŞDIRMA
Mərhum vergilər naziri Fazil Məmmədovun da xaricdə bizneslərinin olduğu deyilir. Mətbuatda yayılan məlumatlara görə, keçmiş nazirin xaricdəki biznesini kürəkəni Əbdül Əliyev idarə edir və bununla bağlı bir sıra faktlar da gün üzünə çıxıb. Ə.Əliyevin təkcə İngiltərədə qeydiyyatdan keçmiş 12 şirkətinin olduğu bildirilir.
Əli Nağıyev
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin də xaricdə bizneslərinin olduğu və onların oğlu Araz Nağızadə tərəfindən idarə edildiyi bildirilir. Araz Nağızadənin Rusiyada qeydiyyatdan keçmiş “Naxçıvan İnvest” və “Eqon” şirkətlərinin həmtəsisçisi olduğu bildirilir.
Əbülfəs Qarayev
Sabiq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də ailəsinin adınıa bizneslərinin olduğu ilə bağlı mətbuatda xəbərlər yayılıb. Belə ki, sabiq nazirin həyat yoldaşı Lalə Kazımovanın Xorvatiyada, qızı Suad Qarayevanın isə Rusiyada mülklərinin olduğu bildirilir.
Hüseynqulu Bağırov
Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da ailə üzvlərinin xaricdə mülklərinin olduğu bildirilir. Onun ailə üzvlərinin təsisçisi olduğu, Avropa ölkələrində fəaliyyət göstərən çoxsaylı şirkətlərin olması ilə bağlı KİV-də məlumatlar mövcuddur.
Eldar Mahmudov
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sonuncu naziri Eldar Mahmudovun oğlu Anar və qızı Nərgizin bizneslərə sahib olması İngiltərədə qaldırılmış məhkəmə işindən sonra ifşa olunub.
Mahmudovun övladları 2020-ci ilin mayında “Prensa Lberica” media qrupuna daxil olan nəşrlərdə dərc edilmiş məqalədən keçmiş MTN rəhbərinin və onun ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburqdakı çoxsaylı daşınmaz əmlakından, biznes aktivlərinin olduğu bildirilib.
Bu səbəbdən Mahmudovun övladları mətbu orqanı məhkəməyə verib, lakin dəlil yetərsizliyi səbəbindən onların iddiası rədd edilib.
Ziya Məmmədov
Sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ziya Məmmədovun da oğlu Anar Məmmədovun xaricdə çoxsaylı mülklərinin və bizneslərinin olduğu bildirilir. Lakin sabiq nazir mətbuata verdiyi açıqlamada sözügedən iddiaları təkzib edib.
527 dəfə oxundu