Vasif Talıbovun klubu ölkədən xarici valyuta çıxarırmış - Məhkəməlik oldu

Vasif Talıbovun klubu ölkədən xarici valyuta çıxarırmış -
I Divizionda çıxış edən "Araz-Naxçıvan” Peşəkar Futbol Klubu barəsində protokol tərtib edilib.

Qaynarinfon-nun məlumatına görə, klub rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Kluba İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.

Müddəanın tələblərinə əsasən, Naxçıvan təmsilçisi xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Ətraflı

Protokola Naxçıvan şəhər Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, klubu ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə gözləyir.

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova bağlılığı ilə tanınan "Araz-Naxçıvan” 1967-ci ildə təsis edilsə də, 2013-cü ildə bərpa olunub. Komanda 2014-cü ildə Azərbaycan Premyer Liqasında mübarizə aparıb və çempionatı yarımçıq tərk edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
443 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...