Rüstəm Usubovun MTN-nə sensasion ifadəsi - Hacı Məmmədovla bağlı bildikləri...

Rüstəm Usubovun MTN-nə sensasion ifadəsi -
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan sabiq şöbə rəisi Sahib Ələkbərov Bakı Apellyasiya Məhkəməsindəki çıxışı zamanı Baş Prokurorluğun keçmiş rəhbərliyinə bir sıra ittihamlar səsləndirib.

Sahib Ələkbərov deyib ki, onunla bərabər Zakir Qaralov və Rüstəm Usubov da cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ələkbərov, Prokurorluqa ona qarşı ittihamların arxasında qisasçılıq hissinin olduğunu deyib.

Əlavə edib ki, baş prokurorun birinci müavininin ondan qisas almasına səbəb vaxtilə Hacı Məmmədov cinayətlərində o zaman idarə rəisi olan Usubovdan aldığı ifadədir.


Gununsesi.info Sahib Ələkbərovun müstəntiq kimi Rüstəm Usubovdan aldığı ifadəni əldə edib.


Həmin ifadənin ikinci hissəsini təqdim edirik:

Əvvəli burada…

Rüstəm Usubov ifadəsinə davam edərək, deyir:

Rüstəm Usubovun MTN-nə sensasion ifadəsi -


Rəna Nəsibova verdiyi məlumatla əlaqədar, yəni yəhudi milliyətindən olan şəxsin oğurlanması keçmiş İnqilab küçəsində yaşayan ki, Zelmanoviç Gennadini oğurlamaq istəyiblər. Həmin şəxs prokurorluğa dəvət edildi. Mənim və Eldar Əzizov tərəfindən söhbət aparılmış və özünü aparması barədə xəbərdar edilmişdir. Bu tədbirlərin nəticəsi hər iki rəhbərliyə məruzə edilmişdir. Eyni zamanda Eldar Əzizov öz tərəfindən də onun qorunmasını təmin etmək üçün tədbirlər görəcəyini vəd etmişdir. Bir müddətdən sonra Eldar Əzizov bildirmişdir ki, Rəna Nəsibovanın deməsinə görə oğurlanması planlaşdırılan şəxs Zelmanoviç yox, metronun Əzizbəyov stansiyası yaxınlığında gön-dəri məmulatları zavodunu alıb, yenidən qurması ilə məşğul olan, milliyyətcə yəhudi Yura İliyevdir.

Bu söhbətlər ətrafında da yenidən təhlükəsizlik tədbirləri görülmüş, həm prokurorluq, həm də MTN-nin rəhbərliyinə məruzə edilmiş və göstəriş verilmişdlir ki, Əzizov Eldarla birlikdə Yura İliyevin iş yerinə gedək və orada onu mümkün planlaşdırılan cinayət hadisəsi barədə xəbərdar edək və o, özünün təhlükəsizliyini təmin etmək üçün tədbirlər görsün. Rəhbərliyin göstərişindən sonra mən Eldar Əzizovla həmin İliyevlə görüşə getdik və fabrikin tikilən binasının 2-ci mərtəbəsində Yura ilə görüşdük. Həmin vaxt orada onun digər yaxın adamları da var idi. Biz onlara özümüzü təqdim etdik və səhv etmirəmsə Yuranı kənara çəkib onunla təkbətək söhbət etdik və ona xəbərdarlıq etdik ki, ehtiyatlı olsun. Hətta İnqilab küçəsinə evinə gedərkən həmişə ehtiyatlı və ətrafında adamlar olmasını, ailə üzvlərinin də həmin qaydada təhlükəsizliyini təmin etməsini tövsiyyə etdik. Bu görüşün də nəticəsi barədə mən öz rəhbərliymə, o da öz rəhbərliyinə məruzə etmişdir.

Eyni zamanda Prokurorluğun rəhbərliynin tapşırığına əsasən mən və baş prokurorun birinci müavini cənab Rzayev 2 həftədən bir, 10-15 gündən bir MTN-də və yaxud Baş prokurorluqda bu məsələ ilə bağlı görüşlər və söhbətlər keçirmişik, Rəna Nəsibovanın göstərdiyi Abdulvahabov qardaşlarının və Hacı Məmmədovun ifşa olunması və onlar tərəfindən planlaşdırılan və ya törədilmiş cinayət işlərinin aşkara çıxarılması müəyyən edilsin. Bildyimə görə Abdulvahabovlar və Hacı Məmmədovun yaşadıqları mənzillər müəyyən edilmiş, MTN əməkdaşları tərəfindən müxtəlif əməliyyat tədbirləri həyata keçirilmişdir. Hesab edirəm ki, MTN əməkdaşları tərəfindən keçirilmiş bütün əməliyyat tədbirləri məxfi saxlanılan əməliyyat-axtarış işlərində öz əksini tapmışdır. Ona görə də yaxşı olardı ki, istintaqçılar həmin əməliyyat-axtarış işi ilə yaxından tanış olsunlar. Bildiyimə görə, Hacı Məmmədovun Keşlə qəsəbəsində evinin olması da əməliyyat yolu ilə müəyyən edilmişdi. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, Rövşən Əliyevin qətli ilə bağlı istintaq işi üzrə müəyyən edilmişdir ki, qətldən 2 gün əvvəl Rövşən Əliyev yaxın əlaqədə olduğu Lyudmila adlı qadınla Qusar rayonun «Qarabulaq» istirahət mərkəzində dostu Hacı Məmmədovun qonağı olmuşlar. İş materiallarından görünür ki, Rövşən Əliyev orada Lyudmila ilə mübahisə etmiş və hansısa bir şəxsi görərkən gizlənmiş va onun Rövşəni görməsini istəməmişdir. Təbii ki, bu məlumatla əlaqədar Hacı Məmmədov da istintaqın maraq dairəsinə düşmüş və onun ətrafında əməliyyat- istintaq tədbirləri keçirilmişdir. Lakin, təəssüflər olsun ki, həmin işin istintaqı zamanı Hacı Məmmədovun törətmiş olduğu cinayətlər aşkara çıxarıla bilməmişdir. Hacı Məmmədov ifadələrində özünü Rövşən Əliyevin yaxın ailəvi dostu kimi qələmə vermişdir və hələ Rövşən Əliyevi tərəfimdən uzun müddət tanıdığım üçün o, mənimlə söhbətlər zamanı Hacı Məmmədovu həmişə yaxın dostu kimi qeyd edirdi. İfadəsində Hacı Məmmədov da Rövşən Əliyevlə yaxın ailəvi dost olduğunu, onun hüzründə yaxından iştirak etdiyini və ailənin yaxını kimi Rövşənin övladlarına daimi qayğıkeşlik göstərəcəyini vəd edirdi. Həmin işin istintaqı zamanı da əməliyyat tədbirləri keçirilmiş, lakin həmin cinayətlərin törədilməsində Hacı Məmmədovun iştirakı barədə başqa məlumatlar əldə edilməmişdir.

Rüstəm Usubovun MTN-nə sensasion ifadəsi -


Hesab edirəm ki, hazırkı – Rövşən Əliyevin qətlə yetirilməsi üzrə başlanmış 80047 saylı cinayət işi üzrə DİN-dəki əməliyyat işinə də baxış keçirilməsi zəruridir. Dəqiq tarix yadımda deyil, təxminən 2004-cü ilin iyun ayında mənə məlumat daxil olmuşdur ki, Yasamal rayonunda «Knauf» firmasının ofisində Nəsibova Rǝna adlı şəxsin meyiti tapılmışdır. Təbii ki, mən bu məlumatdan çox sarsıntı keçirdim və dərhal bu məlumat barədə Respublika Baş Prokurorluğunun rəhbərliyinə məlumat verdim. Rəhbərlik tərəfindən həmin hadisənin çox ciddi araşdırılması tapşırıldı. Eyni zamanda rəhbərliyin bu tapşırığını mən Yasamal rayon prokuroru cənab Şirxan Adıgözəlova şəxsən özüm çatdırmışdım. Eyni zamanda bu məsələ ilə əlaqədar Bakı şəhər prokurorlğunun istintaqla bağlı rəhbərliyinə dǝ prokurorluğun rəhbərliynin tapşırığını çatdırmışdım. Yoxlamanın gedişatı tərəfimizdən ciddi nəzarətə götürülmüşdür. Tərəfimdən Respublika Məhkəmə Tibb ekspertizasının rəhbəri Şakir müəllimə də bu hadisə ilə bağlı narahatçılığımı bildirmişdim və tapşırmışdım ki, araşdırma ekspertlər tərəfindən çox ciddi və dəqiq aparılsın.

Bildiyimə görə hadisə yerinə rayon prokurorluğunun əməkdaşları, ekspertlər və DIN məkdaşları getmişǝlr. Gündəlik tərəfimdən rayon prokuroru ilə əlaqə saxlanılmış və yoxlamanın gedişatı barədə mənə məlumat verilmişdir. Təbbi ki, bu məlumatla əlaqədar MTN-dən Eldar Əzizovun vǝ Tofiq Babayevin də məlumatı vardı. Hadisə yerində peşəkar məhkəmə tibbi ekspertləri olmuş və bir müddətdən sonra mənə məruzə edilmişdi ki, material üzrə ekspertlərin rəyi daxil olmuşdur və Nəsibova Rənanın ölümünə səbəb narkotik maddələrin artıq miqdarda qəbulu ilə bağlı olmuşdur. Bundan sonra mən dəfələrlə rayon prokurorluğuna və şəhər prokurorluğuna, habelə məhkəmə tibb ekspertǝlrinə şifahi göstərişlər vermişəm ki, bu materialın və ekspertizanın araşdırılması çox dəqiq aparılmalıdır. Məhkəmə tibbi ekspertizasının rəyini mən rəhbərliyə məruzə etmişəm və hər dəfə respublika prokurorluğunun rəhbərliyi bu hadisə ilə bağlı öz narahatçılığını bildirmiş və yoxlamanın obyektiv aparılmasını mənə tapşırmışdır. Təbii ki, mənim də tərəfimdən şəhər və rayon prokurorluqlarına şifahi göstərişlər verilmişdir. Məhkəmə tibb ekspertizasının rəyi müstəntiq tərəfindən əsas götürülərək material üzrə cinayət işinin başlanılması rədd edilmişdir və bu rəy mövcud olduğu üçün digər qərar qəbul etmək qeyri mümkün idi.

Sual: Siz Rəna Nasibovanın meyitinin aşkar edilməsi barədə məlumat aldıqdan sonra onun Hacı Məmmədov və milliyyətcə çeçen olan Abdulvahabov qardaşlarının cinayətkar fəaliyyətləri haqqında hüquq-mühafizə orqanlarına məlumat verməsi və bu səbəbdən qətlə yetirilə bilməsi haqqında Yasamal rayon prokurorlğunun əməkdaşlarından hər hansı birinə məlumat vermisinizmi, müsbət halda bu haqda kimə, nə vaxt və hansı məlumatı vermisiniz?



Cavab: Yuxarıda qeyd etdiyim kimi, Rəna Nəsibovanın meyiti aşkar edildikdən sonra həm Respublika Prokurorluğunun rəhbərliyinə, həm də MTN Əməkdaşları Eldar Əzizova və nazir müavini Tofiq Babayevə məlumat verilmişdi. Təbii ki, MTN yuxarıda göstərilən əməliyyat tədbirlərinin davamı kimi Rəna Nəsibovanın ölümü ilə əlaqədər çeçen milliyyətindən olan şəxslərin də onun ölümünə aidiyyətinin olub-olmamasını araşdırmalıydılar. Çeçenlərlə bağlı tədbirlər məxfi aparıldığı üçün təbii ki, o məlumat rayon prokurorlğuna verilə bilməzdi. Lakin, peşəkar ekspertələrin vermiş olduğu rəydə birmənalı göstərilmişdi ki, Rəna Nəsibovanın ölümü artıq dərəcədə narkotik vasitə qəbulundan tənəffüs yollarının iflici nəticəsində tənəffüs çatışmazlığı olmuşdur. Ona görə də müstəntiq tərəfindən başqa versiyalar araşdırılmamışdı və araşdırıla bilməzdi.



Sual: Siz Rǝna Nəsibovanın işlədiyi firmanın ofisində meyitinin aşkar edilməsi ilə əlaqədar Yasamal rayon prokurorluğunun müstəntiqi tərəfindən aparılan yoxlama materiallarını şəxsən oxumusunuzmu?



Cavab: Həmin materilları şəxsən özüm oxumamışam, lakin həmin materiallar üzrə görülmüş tədbirlər haqqında mənə rayon prokuroru, şəhər prokurorlğunun müvafiq idarəsinin prokuroru və Baş Prokurorlğun idarə prokuroru məruzə edib və ölümün səbəbini yuxarıdakı ekspert rəyində olan nəticəni göstərib.



Sual: Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi kimi sizin prokurorluq orqanları müstəntiqlərinin qərarlarını ləğv etmək səlahiyyətiniz varmı?

Cavab: Qeyd edim ki, şəhər rayonlarının prokurorluqlarının müstəntiqləri tərəfindən qəbul edilmiş hər hansı bir qərarın əsaslılığını və qanuna uyğun olması ilk növbədə Bakı şəhər Prokurorlğunda müvafiq idarələr tərəfindən yoxlanılır. Əgər həmin qərarlar onlar tərəfindən əsaslı və yaxud əsassız hesab edilərsə qərarlar ləğv edilir və yaxud ray yazılır. Yalnız bundan sonra Respublika Baş Prokurorlğunun rəhbərlik etdiyim idarəsi həmin qərarların əsaslılğı barədə fikir irəli sürə bilər. Həmin material üzrə təbii ki, Respublika Prokurorluğu qərar qəbul etməmişdir. Ona görə ki, əgər burada bir qanunsuzluq aşkar olunsaydı, Bakı Şəhər Prokurorlğunun nəzarətedici idarəsi və rəhbərliyi tərəfindən hansısa bir qərar qəbul edilərdi.



Sual: İstintaq materiallarından görünür ki, Rəna Nəsibovanın meyitinin işlədiyi firmanın ofisində aşkar edilməsi barədə yoxlama aparılarkən Yasmal rayon prokuroru cənab Şirxan Adıgözəlovun imzası ilə 6 iyul 2004-cü il tarixdə sizin ünvanınıza arayış göndərilmişdir. Həmin arayışdan görünür ki, Rəna Nəsibova ölməzdən əvvəl onun yanında Nuriyev Novruz Cavad oğlu adında şəxs olmuş, həmin şəxs ofisin qapısını içəridən bağlayaraq ofisin qapısını açmamış, sonradan isə ofisdən çıxaraq qaçmışdır. İfadənizdən də görünür ki, Rəna Nəsibova hələ 2003-cü il də cinayətkar dəstənin üzvləri tərəfindən öldürülə biləcəyindən ehtiyat edirmiş. Belə olan halda siz Rəna Nəsibovanın öldürülə biləcəyi ehtimalının araşdırılması üçün rayon prokurorluğuna tövsiyələrinizi verməməyinizin səbəbini necə izah edə bilərsiniz?

Cavab: Yenə də bildirirəm ki, mənə rayon prokuroru və şəhər prokurorluğuğu tərəfindən məruzə edilmişdi ki, Rəna Nəsibova uzun illərdir ki, narkotik maddələr qəbul edib, onun narkotik maddəni qəbul etməsini hətta qardaşı da təsdiq etmişdir. Eyni zamanda da ekspertizanın rəyindən bilavasitə görünür ki, Rəna Nəsibovanın ölümünə səbəb narkotik maddənin artıq qəbul edilməsidir.

Bu xüsusati MTN əməkdaşları da bilirdilər, hesab edirəm ki, təbii ki, onlar da Rəna Nsibovanın ölümünün səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparırdılar.



Sual: Siz Rəna Nəsibovanın meyitinin iş yerində aşkar edilməsi faktı üzrə Yasmal rayon prokurorlğunun müstəntiqin ekspert rəyinə əsaslanaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar çıxardığını göstərirsiniz. AR CPM-nin 127.3-cü maddəsinə müvafiq olaraq ekspertin rəyi müstəntiq və prokuror üçün əsas ola bilməz və digər sübutlarla yanaşı obyektiv və hərtərəfli araşdırılmalıdır. Bu barədə nə göstərə bilərsiniz?

Cavab: Rǝna Nəsibovanın meyitinin aşkar edilməsi faktı üzrə məhkəmə tibbi ekspertləri tərəfindən verilmiş rəydə birmənalı olaraq onun ölümünə səbəb olmuş xəsarətlər olması haqqında müddəa olmadığından, onun ölümünə səbəb ancaq artıq dozada narkotik vasitə qəbul etməsi olduğu göstərildiyindən müstəntiq həmin rəyi əsas götürüb. Ona görə də Bakı şəhər prokurorluğunun müvafiq qurumları da müstəntiqin həmin qərarını əsaslı hesab eləyib və ləğv etməyiblər.

Sual: Hacı Məmmədov və Abdulvahabov qardaşlarının iş adamı Yuri İliyevi oğurlamağı planlaşdırması haqqında məlumatın prokurorluğa hansı mənbədən daxil olması, bu mənbənin nə dərəcədə etibarlı olması haqqında sizdən DİN-nin rəhbər işçilərindən hər hansı biri məlumat alıbmı? Belə məlumatı nə vaxt və kimlərə vermisiniz?
Cavab: Bu haqda DİN əməkdaşların heç kimə məlumat verməmişəm və belə bir hal yadıma gəlmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...