Nazir tapşırıq verdi: Deputatın sahibi olduğu “Relax”ın bir hissəsi sökülə bilər - 5 hektar sahədə...
Lerikdə yerləşən məşhur "Relax” İstirahət Mərkəzinin bir hissəsi sökülə bilər.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, rəsmi olaraq 14 hektar ərazini əhatə edən "Relax” İstirahət Mərkəzi əlavə olaraq meşə fonduna məxsus torpaq sahəsinin 4,77 hektarlıq sahəsində də qeyri-qanuni olaraq obyektlər tikib.
Artıq məsələ ilə bağlı ekalogiya və təbii sərvətlər naziri Muxtar Babayevin də xüsusi tapşırığı var. Tapşırığa əsasən, İstirahət Mərkəzinin meşə fonduna daxil olan ərazisi tam olaraq boşladılmalıdır.
Həmçinin təbiətə dəymiş ziyanla bağlı kompensassiya da ödənilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən bununla bağlı akt tərtib edilib. Artıq Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi məhkəməyə də müraciət edib.
Materialları nəzərdən keçirən Şirvan şəhər Məhkəməsi mövcud iddia tələbi əsasında Lerik Rayon Məhkəməsi tərəfindən göndərilmiş işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün işi Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərib.
Ali Məhkəmədə iddia təsdiqini taparsa, "Relax” İstirahət Mərkəzinin rəhbərliyi tərəfindən təbiətə dəymiş maddi ziyanın ödəniləcək, torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahələri isə söküləcək.
Qeyd edək ki, "Relax” İstirahət Mərkəzinin sahibi millət vəkili İqbal Məmmədovdur. İstirahət Mərkəzində adam ölümündən tutmuş məmurların döyülməsinə kimi qalmaqallı hadisələr baş verib.
2019-cu ildə öz vəzifə borclarını yerinə yetirmək üçün gələn vergi məmurları deputatın qohumları və oğlu Mirhəmid Nərimanlı tərəfindən döyülmüşdü. Nəticədə deputatın oğlu da daxil olmaqla 6 qohumu həbs olunmuşdu.
386 dəfə oxundu