"Araz" marketlər insanları zəhərləyir - İndi də ərzaqların tarixi saxtalaşdırılır

  "Araz" marketlər insanları zəhərləyir -
"Araz" marketlər şəbəkəsində bəzi ərzaq məhsullarının istifadə müddətinin saxtalaşdırılması faktı üzə çıxıb.

Bakupost.az xəbər verir ki, Şamil Əzizbəyov küçəsində yerləşən marketdə alınan şirniyyatın (Bonita mini rulet) tamamilə istifadəyə yarasız olduğu məlum olub. Amma məhsulun üzərində onun istifadə müddətinin bu ilin may ayına kimi olduğu göstərilib. Araşdırmalar zamanı bəlli olub ki, məhsulun üzərinə bu məlumat sonradan yapışdırılıb. Beləliklə, satışdan çıxarılmalı olan şirniyyatın istifadə müddəti saxta yolla uzadılıb. Halbuki onun köhnə və istifadəyə tam yararsız olması dərhal bilinir. Çünki şirniyyat tamamilə bərkiyib və acı dadır.
  "Araz" marketlər insanları zəhərləyir -


Aydın olur ki, "Araz" marketdə bəzi məhsulların istifadə müddəti üzərində yeni tarix göstərilməklə saxta yolla uzadılır.

Bu, məsul alınan zaman verilən qəbizdən də görünür. Məhsulun üzərində onun bir kiloqramının qiymətinin 10,99 AZN-ə olduğun göstərilib. Qəbizdə isə həmin şirniyyatın 1 kiloqramı 7,97 AZN-dir. Bu isə onu göstərir ki, market əməldaşları məsulun istifadə müddətinin “uzadılmasını” tələsik həll etməyə çalışıblar. Yeni abrkod isə hələlik sistemə oturmayıb. Çünki marketlər qiymətləri artırdıqda əvvəlcə onu sistemdə düzəliş edirlər, sonra məhsulun üzərində.

Məsələ ilə bağlı Bakupost.az -ın əməkdaşı həmin marketə baş çəkib. Məlum olub ki, həmin məhsulların hamısı xarabdır və alıcılara bu şəkildə də satılır.
"Araz" marketlər şəbəkəsindən isə Bakupost.az -a qeyd olundu ki, məsələ araşdırılır. //Bakupost.az//





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
459 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...