‘Azərenerji” rəhbərindən şok addım: Balababa Rzayev xidməti kabinetinə cadu etdirib – VİDEO

‘Azərenerji” rəhbərindən şok addım:
Azərbaycanda vəzifəli şəxslərin falçılara, cadugərlərə inanması, onların “köməklərindən” yararlanması barədə mətbuatda, sosial şəbəkələrdə vaxtaşırı məlumatlar yayımlanır.

Amma bu məlumatların dəqiqliyi heç vaxt sübut olunmayıb, onların şayiə olmasına inananlar daha çox olub.

Bu dəfə yayılan görüntülər isə deyilənlərin heç də şayiə olmadığını ortaya çıxarır.

7NEWS.az xəbər verir ki, bu günlərdə “Tik-tok” və “Facebook” platformalarında “Azərenerji” rəhbəri Baba Rzayevin falçı və ekstrasenslərin fəaliyyətindən bəhrələndiyini sübut edən kadrlar ortaya çıxıb.

Kadrlardan görünür ki, dini qiyafədə olan bir şəxs şam yandıraraq, Baba Rzayevin qəbul otağının qarşısında dualar oxuyur, sonra isə tərkibi bəlli olmayan mayeni onun otağına səpir.

Həmin görüntüləri təqdim edirik:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
462 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...