Etibar Pirverdiyev haradadır? – “Nə vaxt digərlərinə cəza verilsə, Etibar Pirverdiyevə də veriləcək”
4 sentyabr 2018-ci ildə vəzifəsindən azad edilən “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xatırladaq ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində bütün ölkənin enerji sistemində ciddi problemlər yaşanması, Bakı, Gəncə daxil olmaqla 39 şəhər və rayonunun işıqsız qalması, dövlətə və əhaliyə böyük ziyan dəyməsinin ardından E.Pirverdiyev vəzifəsindən azad edilmişdi. Mingəçevir hadisəsindən sonra səssizliyə çəkilən Pirverdiyevin cəzalandırılmaması ilə bağlı narazılıqlar indi də gündəmdədir. Bildirilir ki, o, kənarda öz biznesi ilə məşğuldur, niyə sorğuya çəkilmir, heç bir cəza almır?
əsələyə münasibət bildirən Ağ Partiyanın sədri Tural Abbaslı Pravda.az-a deyib ki, söhbət təkcə “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevdən deyil, digər sabiq nazirlərdən, komitə rəhbərlərindən də gedir.
“Onların da heç biri araşdırılmadı, cinayət işinə cəlb olunmadı. Baxmayaraq ki, bir çoxlarının müavinləri, köməkçiləri, şöbə müdirləri həbs olundu. Halbuki hər birimiz bilirik, son imza rəhbərindir. Rəhbərin imzası olmadan saxta kağızlar, yeyintilər, korrupsiya ola bilməz. İstər keçmiş milli təhlükəsizlik naziri, istər mədəniyyət naziri, istər sabiq xarici işlər naziri Elmar Məmmədyarov və digərlərinin bir çox hallarda müavinləri, şöbə müdirləri hamısı həbs olundu. Bəzilərinin məhkəmələri hələ də davam edir. Aylarla məhkəmə prosesi oldu. Amma nəinki bu nazirlər şübhəli şəxs kimi prosesə cəlb olunmadılar, heç şahid kimi də dəvət olunub, dindirilmədilər...”
T.Abbaslı düşünür ki, yəqin iqtidarın bununla bağlı vahid yanaşması var, birinci şəxslər prosesə cəlb olunmur, cəzalandırılmır: “Ona görə də belədir. Baxın, Ziya Məmmədov, Səfər Əliyev, Nəcməddin Sadıqov – kimi istəsəniz misal çəkin, heç biri proseslərə cəlb olunmayıb. Məncə, bu, nəinki kriminal, istintaq, cinayət, daha çox siyasi məsələdir... Yəni nə vaxt digərlərinə cəza verilsə, Etibar Pirverdiyevə də veriləcək”.
415 dəfə oxundu