Mərkəzi Gömrük Hospitalında ÖZBAŞINALIQ – Vətəndaş ŞOK FAKTLARI AÇIQLADI

Mərkəzi Gömrük Hospitalında ÖZBAŞINALIQ –
Müalicəsi Azərbaycanda mümkün olmayan Ağır qaraciyər sirrozu olmuş xəstə Əliyarova İlhamə Əli qızının həyat yoldaşı – Ağsu rayonun Padar-çöl kəndində qeydiyyatda olan, Abşeron rayonun Aşağı 28 May Yaşayış Masivində yaşayan Əliyarov Kamran Ədalət oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Bildirirəm ki, müalicəsi Azərbaycanda mümkün olmayan Ağır dərəcəli B+D dərəcəli ağır qaraciyər sirrozu olmuş xəstə həyat yoldaşım Əliyarova İlhamə Əli qızının uzun müddət müalicələr aparılsa da, bir nəticə verməyib, onun səhhəti düzəlməyib. Son dəfə biz onu 10 martdan rayondan Bakıya koma vəziyyətində bir çox xəstəxanalara apardıq. Çox yerdə, hətta professor Əfəndiyev bildirdi ki, çox gecdir. Xəstənin sağalmasına ümid yoxdur. Biz sonda Respublika Klinik Xəstəxanasına xəstəni təcili yardımla gətirdik. O komada idi. Müalicə həkimi Sevinc həkim də bildirdi ki, hazır olun, xəstə hər an dünyasını dəyişə bilər. O bütün laborator gəstəricilərinə və xəstənin faktiki vəziyyətinə əsasən digər həkimlərlə məsləhətləşmələr apardı ki, reanimasiyadan xəstəni birbaşa evə aparsanız daha yaxşı olar, dedi. Beyin heç bir siqnal və reaksiya vermir, qaraciyər fəaliyyətini dayandırıb, heçnə edə bilmərik.” Bu arada, yəni 17 mart 2023-cü il, axşam saatlarında ( 20—00-da) xəstənin bacısı uşaqları (cavanlar) Gömrük Hospitalından təcili yardım həkimi dəvət etdilər. Mən və ailə üzvlərim olan uşaqlarımız qəti olaraq razılaşmadıq ki, xəstə son nəfəsdədir, təcili rayona aparaq.( xəstənin valideynləri isə həyatda yoxdurlar) Bacısı uşaqları isə Gömrük Hospitalından özbaşına dəvət etmiş təcili yardım həkiminə həyətdə bildirdilər ki, tez xəstəni GH-na aparın. Mən qəti etiraz etdim. Bizim uzaq qohumlarla davamız düşdü. Bunun da çəkilişləri xəstəxananın həyətindəki dava dalaşla bağlı.Lakin bu gün məlumat aldım ki, mühafizə xidməti həmin görüntüləri kameralardan siliblər. Çox maraqlı idi ki, MGH-dan gəlmiş həkimi mən söyüb-acılayıb qovmaq istəsəm də o getmirdi. Xəstəmizi aparmaq üçün gözləyirdi. Nəhayət, o yuxarı çıxıb düşdü. xəstəmizi süni tənəffüs aparatıilə axşam saat 20-də GH-na yazılı və şifahi razılığımız olmadan zorakılıqla apardılar.

Nəhayət o, son ümid yeri kimi Mərkəzi Gömrük Hospitalına üz tutub. Hospitalda ona yoldaşının sağalacağı bildirilib. Mart ayının 17-də axşam saat 20:26-da K. Əliyearov həyat yoldaşı İlhamə Əliyarovanı Mərkəzi Gömrük Hospitalına yerləşdirib. Ondan 6 min manat depozit tələb edilib. Mən deyilən məbləği iki dəfəyə -4500 və 1500 manat olmaqla deposit kimi ödədim.

Ertəsi gün axşam saatlarında reanimasaiya şöbəsinin həkimi xəstəyə təcili traombositlazım olduğunu bildirib. Mən bunu heç bir xəstəxanadan tapa bilmədikdə dedilər ki, artıq donor tapılıb və bunun üçün depozitdən 800 manat silinəcək. Guya donor da gəlib. Dedim axı mən qapıdayam donor necə keçdi? Dedilər ki, yəqin digər qapıdan keçib. Mən əvvəl bilirdim ki, trombositin faiz dərəcəsi 34-dür. Və soruşdum ki, həkim bəs neçə dərəcədir ki, trombosit siz ona təcili donor dəvət etmisiniz. Cavab verə bilmədilər. Çünki, yoxlamamışdılar. Sadəcə pul silmək üçün bir teatr qurmuşdular və depozitdən max çox pul silmək uğrunda çarpışırdılar.
Bəli, həyat yoldaşımı 2 gün hospitalda saxladılar. Bu günlər ərzində isə xəstənin müalicəsi ilə bağlı faktiki heç bir addım atılmayıb. Martın 19-da səhər depozitdəki 6000 manatı “SİLİB” qurtardıqdan sonar zəng edib bildirdilər ki, müalicəni davam etdirmək üçün yenə 6000 manat depozitə pul yatırmalısan. Cavab verdim ki, mən xəstəni çıxarıb aparmaq istəyirəm. Pul da yoxdur. Həyat yoldaşını xəstəxanadan çıxarmnaq istəyirəm dedikdə dərhal bildirdilər ki, əlavə olaraq 500 manat, daha sonra isə 1000 manat tələb edilib. Mən 500 manatı ödədim.

Yoldaşına süni oksigen aparatına qoşulmuşdu.Xəstəni aparatdan ayıran kimi isə o dünyasını dəyişib. Hesab edirəm ki, hospital onu aldadıb.Fikrimcə, yoldaşı həmin vaxt dünyasını dəyibmiş. Lakin hospital onun pullarını mənimsəmək üçün bu faktı gizlədib.


Həyat yoldaşımın dünyasını dəyişməsinə baxmayaraq pulları qaytarılmayıb. Əksinə, həmin pulların analizlərə səfr edildiyi bildirilib.

Mən isə iki gün ərzində komada olan xəstədən bu qədər analiz götürülməsini mümkünsüz sayıram. Onlar bildirdilər ki, pullarınızın nəyə xərclənməsi barədə 25 martda sənə faktura veriləcək. Fakturanı nəhayət aldım.
Məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalı Dilarə xanımla əlaqə saxladım. Sonra bildirdilər ki, baş həkim digərlərini dəvət edib məsləni müzakirə ediblər. Bildiriblər ki, hər şey qaydasında yanaşılıb. Pul da qaytarılmır. Getsin hara istəyir şikayət etsin. ( Yəni, ağlı olardı, xəstəsini MGH-na gətirməzdi.)

MGH-nin stasionar xəstənin tibbi kartasından çıxarışda qeyd edilir:

Xəstənin giriş tarixi: 17.03.2023. saat 20:19. Ağırlaçma-xroniki qaraciyər çatışmazlığı. Tənəffüs spontan, Sp O2 80%. Tənəffüs sərt rejimdə təmin edildi.

Uzun müddətdir hepatit B+D.

NƏLƏRİ SAXTAKARLIQLA SƏNƏDLƏŞDİRİBLƏR?

Qeyd edirlər ki, qəbul zamanı sidik kisəsi boşdur.

Faktura sənədində yazırlar ki, Sidik kültürü ( VTEK) üçün 113 manat çıxıldı.

Sidiyin ümumi analizi üçün 14 manat,

Sonda qeyd edirlər ki, əczəxana üçün 1639 manat xərcləndi. Bura daxildir- 30, 20,70,40,10, 50 ədəd əlcək, 100ml, 50 ml, 50 ml, spirt, sprislər cəmi 90 ədəd, və s. lazım olan və çoxu olmayan dərmanlarla siyahını doldurublar koma xəstəsinə.

Digər tərəfdən ağır diaqnoz bəlli olduğu halda koma xəstəsini Baş beyin KT-yə, rəngli dopler Exo KQ, Rengeneoqrafiya etdirməyə, 12 aparmalı EKQ, və ehtiyac olamayan aparata salınmışdır .

Yəni, Mənə də əvvəl MGH-nın Təcili yardım həkimi bildirdi ki, narahat olmayın xəstəni aparıb həyata qaytaracağıq. Respublika xəstəxanasında isə bildirmişlər ki, B+D ağır qaraciyər sirrozunun müalicəsi yoxdur respublikamızda və 8 gün komada olan xəstəyə heçnə edə bilmərik, apar evinizə.

Ona görə də mən şəxsən bu suala cavab üçün Səhiyyə naziri cənab Teymr Musayevdən, TƏBİBİB rəhbəri cənab Vüqar Qurbanovdan, MGH-nın tibbi xidmət generalından soruşmaq istəyirəm: Müalicəsi mümkün olmayan xəstəni MGH-na hansı məqsədlə həkimlər apardılar. Əgər komaya düşən xəstənin beyni reaksiya vermirsə, qaraciyər fəaliyyətini dayandırıbsa?

DGK-nin sədri Bağırov Şahindən soruşmaq istəyirəm: Siz 6 martda MGH-na təyin etdiyiniz baş həkimə xəstənin vəziyyəti necə olmasından asılı olmayaraq “YIĞIN” komandası vermisiniz, yoxsa müalicəsi respublikada mümkün olan xəstələri ciddi müalicə etməyi? Niyə yenicə təyin etdiyiniz baş həkim xəstənin öləcəyini 100% bilə bilə soyğunçuluğa göstəriş verib?

Cənab Baş prokuror Kamran Əliyev Sizdən xahiş edirəm ki, Mərkəzi Gömrük Hospitalında mənim və ailə üzvlərimizin razılığı ( şifahi və yazılı) olmadan həyatla vidalaşmaq üzrə olan xəstəmizi həyata qaytaracağıq vədi verərək, 38 saat ərzində bizə lazımsız formal müalicələr aparan dələduz həkim dəstəsi və rəhbərliyi barəsində ciddi araşdırma aparılmasına göstəriş verib məni kimi insanlara maddi və mənəvi zərbə vuran Səfər Mehdiyevdən qalma nehrəmlilərin qanunazidd hərəkətlərinə hüquqi qiymət verilməsinə göstəriş verəsiniz. Həkim dələduzluğu nəticəsində Mənə dəymiş maddi ziyan dərhal ödənilsin.

Çoxhörmətli cənab Prezident İlham Əliyev! Sizdən şəxsən xahiş edirəm ki, uzun müddət korrupsiyalaşmış Dövlət Gömrük Komitəsində sabiq sədr Səfər Mehdiyev və onun DGK-də kök salmış 1500 nəfərdən ibarət nehrəmli qohum əqrəbaları ilə faktiki bacarmayan və nəticədə xəstə insanların həyatlarını alver predmetinə çevirən MGH-da ciddi islahatlar aparmaq iqtidarında olmayan Bağırov Şahinin daha ciddi, təcrübəli, cəsarətli, nəfsitəmiz, vicdanlı, peşəkar bir gömrük işçisilə əvəz edəsiniz ki, o da heçnədən çəkinmədən DGK-də ciddi kadr islahatları apara bilsin. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...