Talıbovun general oğlu vətəndaşları oteldə qəbul edir - adam kefində damağında
Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri postundan istefa verməsinin üstündən 4 aya yaxın vaxt keçsə də, onun personasına olan maraq azalmayıb.
Mətbuat vaxtaşırı sabiq sədr və ailə üzvləri ilə bağlı maraqlı məlumatlar yayır. Talıbovlar öz davranışları ilə əvvəllər olduğu kimi yenə insanları təəccübləndirməyi bacarırlar.
Yenisabah.az Vasif Talıbovun Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışan oğlu Rza Talıbov haqda maraqlı məlumatlar əldə edib.
Xatırladaq ki, atası, qardaşı, əmisi, hətta nənəsi vəzifəsini itirsə də, oğul Talıbov postunu qoruya bildi. Hazırda o, əvvəllər olduğu kimi yenə Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
Məlumatlı şəxs “Yeni Sabah”a maraqlı fakt açıqlayıb. Onun sözlərinə görə, Rza Talıbov artıq bir neçə ildir ki, işə nadir hallarda gedir. O, iş gününü adətən Bakının Nərimanov rayonunda yerləşən və atasına məxsus olan “Divan” otelində keçirir. O, hətta səhər, nahar və şam yeməyini də otelin restoranında yeyir.
Mənbə deyib ki, “Divan” otelində Rza Talıbova məxsus geniş iş otağı var. O, vəzifəsinin icrasını oteldəki kabinetindən həyata keçirir. Maraqlısı isə odur ki, general Talıbov tabeliyində çalışan şəxsləri, yəni Vətəndaşlıq Məsələləri Baş İdarəsinin əməkdaşlarını da oteldə qəbul edir. Hətta idarə rəisinin qəbuluna düşmək istəyən vətəndaşlar belə “Divan”da görüşməli olurlar.
Məlumatlı şəxs onu da qeyd edib ki, hazırda Rza Talıbovun vəzifəsinin icrası formal xarakter daşıyır. O, işdən ayrılmaq üçün yazdığı ərizənin qəbul edilməsini səbrsizliklə gözləyir.
417 dəfə oxundu