“Mərkəzi icra hakimiyyəti Naxçıvanda 5 parçaya bölünmüş vəziyyətdədir” – Prezidentin nümayəndəsi Fuad Nəcəfli danışdı
“Azərbaycanın mərkəzi icra hakimiyyəti Naxçıvanda 4-5 parçaya bölünmüş vəziyyətdədir və onun metodiki bazası demək olar ki, mövcud deyil”.
Azpost.info bildirir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan televiziyasına müsahibəsində bildirib.
F.Nəcəfli bildirib ki, Naxçıvanın müəssisə və təşkilatlarının mərkəzi icra hakimiyyəti orqanları ilə sıx işləməsi üçün struktur dəyişikləkiərinin olması vacib və labüddür: “Təsəvvür edin ki, Azərbaycanın mərkəzi icra hakimiyyəti Naxçıvanda 4-5 parçaya bölünmüş vəziyyətdədir və onun metodiki bazası demək olar ki, mövcud deyil. Başqa bir məsələ ilə də biz qarşılaşırıq. Struktur vahidlərinin bəziləri natamamdır, maddi -texniki bazadan danışmaq isə olduqça tezdir, tam formalaşmış vəziyyətdə deyil. Ona görə də bu gün Naxçıvanda struktur islahatları tam şəkildə davam edir. Şəffaflıq, peşəkarlıq əsas prinsiplərimizdən biridir. Bu tələblərə dözüm gətirə bilməyənlər struktur rəhbərləri vəzifələri ilə vidalaşmalı olurlar”.
F.Nəcəfli Naxçıvanı tərk edərək başqa ölkələrə getmiş naxçıvanlıların geri qayıdışı üçün işlər aparıldığını deyib: “İnsanların doğma torpağa qayıdışı, təsərrüfat faəaliyyəti ilə məşğul olmaq üçün mühüm addımlar atılacaq. İnanıram ki, yaxın bir nçə ildə əhalinin geri qayıdışı təmin olunacaq. Geri qayıtmaq çağrışlarla deyil, minimum təəbatlarının ödənilməsi, iş yerlərinin açılması ilə təmin olunmaqdan gedir”.
F.Nəcəfli deyib ki, bir ay ərzində Naxçıvanda olan prblemlər ümumiləşdirilib və prioritet sahələr dəqiqləşdirilib: “Bu məsələlər cənab Prezidentə məruzə edildi. Dövlət başçısının göstərişi ilə Naxçıvana səfərlər başladı. Mərkəzi icra orqanlarının başçılarının Naxçıvana səfərləri zamanı biz bu məsələləri bir daha müzakirə etdik”.
Xüsusi nümayəndə Naxçıvanda tikinti sektoru ilə bağlı vəziyyətə də toxunub. Onun sözlərinə görə, ötən illərdə Naxçıvanda aparılan tikinti sadəcə dövlət sektorunun sifarişləri əsasında baş verib: “Təəssüf hissi ilə qeyd edim ki, bu sahədə şəffaflıq tam təmin edilməyib. Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları özünə həddən artıq böyük səlahiyyətlər müəyyənləşdirməklə aparılıb. Bu da ciddi suallar ortaya çıxarıb. Bizim planlaşdırdığımız məsələlər bu sektorda dövlət sifarişləri ilə bərarbə özəl sifarişlərin də artmasıdır. Naxçıvanda dövlət sifarişi ilə tikilmiş tikililərin bir çoxu öz funksionallığına görə çox yarıtmaz vəziyyətdədir. Bu saəhədə də bizim yeniliklərimiz olacaq. Yeni dövlət sifarişli tikinti layihələri başlanacaq”.
445 dəfə oxundu