İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verdi: Saatı 60, aylığı 30 manat (FOTO/VİDEO)

İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verdi:

Yeni Yasamalın Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə dövlət vəsaiti hesabına tikilən idman kompleksi icarəyə verilib.

Qaynarinfo xəbər verir ki, məktəbin direktoru Gülnar Qurbanova tərəfindən şagirdlər və kollektivi üçün tikilən idman kompleksi özəlləşdirilərək, adı açıqlanmayan fərdi sahibkara icarəyə verilib.

Kompleks futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərir. 1 saat icarə haqqı 60 manat təşkil edir.
İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verdi:

Bununla belə, məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanması üçün nəzərdə tutulan avtodayanacaq parking kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verilib.


Məktəb direktoru bunun üçün sözügedən dayanacağa nəzarətçi də təyin edib.

Əraziyə avtomobillərin dəqiq sayını bilmək və təhlükəsizliyini təmin etmək üçün kamera belə qurlaşdırılıb.

İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verdi:


Qeyd edək ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır.
Əhməd



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
345 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...