Mövlam Şıxəliyevin general rütbəsi geri alınır - Prosedur yekunlaşmaq üzrədir
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin general-mayor rütbəsinin geri alınması ilə bağlı prosedur yekunlaşmaq üzrədir.
Qaynarinfo-ya daxil olan məlumata görə, artıq bununla bağlı Prezident Administrasiyasına təqdimat göndərilib.
Cinayət Məcəlləsinin 48-ci maddəsinə görə hərbi qulluqçular və hərbi vəzifəlilər ağır, xüsusilə ağır cinayətlərə görə məhkum olunduqda məhkəmənin təqdimatı əsasında onlara verilən rütbələrdən məhurm edilə bilər. Bunun üçün hərbi rütbə verən icra hakimiyyəti orqanına məhkəmə hökmü əsasında təqdimat göndərilir.
Azərbaycanda general rütbəsi ölkə başçısının qərarı əsasında verilir. Rütbənin geri alınması da onun qərarı ilə həyata keçirilir.
Mövlam Şıxəliyev ağır cinayətlərdə təqsirləndirilərək Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın hökmünü qüvvədə saxlayıb.
Ətraflı
Bildirilir ki, yaxın vaxtlarda Mövlam Şıxəliyevin general-mayor rütbəsinin geri alınması ilə bağlı qərar açıqlana bilər.
İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla onun mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şıxəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə mühaikimə edilib.
395 dəfə oxundu