“Şərurlu İsfəndiyar” və qardaşı oğluna qarşı iddia - Obyekt qalmaqalı

“Şərurlu İsfəndiyar” və qardaşı oğluna qarşı iddia -

"Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundov və qardaşı oğlu Eldəniz Axundov məhkəməyə verilib.

Gundeminfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı Qasım İbrahimov adlı şəxsdir. O, adıçəkilən şəxslərlə paralel "HOM-PAŞ Prestij” Mənzil-Tikinti Kooperativi (MTK) barəsində də iddia qaldırıb.

Birinci instansiyanın qərarı Qasım İbrahimovu qane etmədiyinə görə o, apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Fuad Babayevin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. İşin mahiyyəti qeyri-yaşayış sahəsi üzrə mübahisələrdən ibarətdir.

İsfəndiyar Axundov "Şərur” MKT-nın sahibidir. Bu şirkət əsasən Bakıda yaşayış binalarının inşası ilə məşğuldur.

"HOM-PAŞ Prestij” MKT-yə gəlincə, bu şirkət türk iş adamı Hikmət Yiğitdöl və azərbaycanlı sahibkar Qabil Əliyevə məxsus olub. Sonradan məlum olub ki, şirkətin inşa edildiyi binada bir mənzil bir neçə nəfərə satılıb.


Bundan sonra Hikmət Yığıtdöl həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu işin məhkəmə istintaqının nəticəsi barədə açıq mənbələrdə məlumat yoxdur.

Mediada gedən məlumatlardan aydın olur ki, Hikmət Yığıtdöl baş verənlərdə şəriki Qabil Əliyevi ittiham edir. O, Qabil Əliyevin mənzilləri bir neçə nəfər satıb qaçdığını bildirib.

Bundan sonra "HOM-PAŞ Prestij” MTK-nın mənzilləri və mağazaları "Şərurlu İsfəndiyar"a verilib. Hətta tikinti maqnatı şirkətin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə məhkəməyə də müraciət edib və prosesi udub.

Hazırda "HOM-PAŞ Prestij” MTK İsfəndiyar Axundovun nəzarətindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...