“Azərişıq” ASC-nin vəzifəli şəxsi ilə bağlı rüşvət İDDİASI: “3000 manata görə qurumu 27 500 AZN ziyana salır”
“Azərişıq” ASC-nin Texniki Nəzarət İdarəsinin rəisi Arif Məmmədov yüksəkgərginlikli hava xətlərinin altında tikilən kommersiya obyektlərindən 5000-7000 AZN rüşvət alıb rəy yazır. Bunlar üçün öz mənafeləri qurumun mənafeyindən üstündür”.
Oxu.Az xəbər verir ki, bunu Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) istismar üzrə mühəndisi Quliyev Anar Ələmqulu oğlu öz şikayətində qeyd edib.
O bildirib ki, Sumqayıt şəhər 4-cü mikrorayon ərazisində yerləşən obyektin şəbəkəyə qoşulması üçün “ASAN Xidmət”ə ödənilməli olan rüsumun məbləği 27 500 AZN olsa da, obyekt sahibi bu rüsumu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Texniki Nəzarət İdarəsinin rəisi Arif Məmmədov “süründürməçilik siyasəti” səbəbindən ödəyə bilmir:
“Obyekt sahibini süründürməçiliyə salan A.Məmmədov “Azərişıq” ASC-nin xeyrinə olan bu işə qəsdən maneçilik edir. Belə ki, abonentin qeyd olunan məbləği “ASAN Xidmət”ə ödəməsi üçün Arif Məmmədov rəy verməlidir. A.Məmmədov obyektin transformator məntəqəsinin mühafizə zonasında yerləşdiyini bəhanə edərək “Azərişıq” ASC-nin xeyrinə olan bu məsələyə məqsədli şəkildə maneçilik edir. Şəbəkəyə qoşulmaq istəyən obyektin arxa divarı ilə 59 saylı transformator məntəqəsinin arxa divarı arasındakı məsafə 60 sm-dir. Obyektin və transformator məntəqəsinin arxa divarlarında nəinki qapı, heç nəfəslik də yoxdur, tamamilə qapalıdır.
Texniki Nəzarət İdarəsinin rəisi A.Məmmədov sahibkarı süründürməçiliyə salmaqla qurumun nüfuzuna zərbə vurur. Bununla bağlı Arif Məmmədovun mobil nömrəsinə zəng edərək onun bu hərəkətinin “Azərişıq” ASC-nin mənafeyinə, həm də qanuna zidd olduğunu bildirmişəm. Telefon danışığımız zamanı bu məsələni müsbət həll edəcəyinə dair mənə kişi kimi söz verdi, sonra nömrəmi blokladı və “Qurbanəli bəy” kimi qaçıb gizləndi.
A.Məmmədovun rəhbəri olduğu Texniki Nəzarət İdarəsi yüksəkgərginlikli hava xətlərinin altında tikilən kommersiya obyektlərindən 5000-7000 AZN rüşvət alıb rəy yazır. Sözügedən obyektdən də 3000 manat “şirinlik” istəyiblər. Belə çıxır ki, bunlar “Azərişıq” ASC-nin mənafeyini pula satırlar. Bu idarə özünə aid işlə məşğul deyil. Bunlar üçün öz mənafeləri qurumun mənafeyindən üstündür. Bunların işi yarımstansiyalara, transformator məntəqələrinə nəzarət etməkdir. Öz işlərini yerinə yetirmirlər, yetirməsinlər, heç olmasa, qeyri-qanuni hərəkətləri ilə “Azərişıq” ASC-ni nüfuzdan salmasınlar.
3000 manata görə “Azərişıq” ASC-ni 27 500 manat ziyana salan bu idarə kimə gərəkdir?! Əminəm ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bunlardan xəbərsizdir. Xahiş edirəm, “Azərişıq” ASC-nin mənafeyini düşünmədən, qurumun nüfuzuna xələl gətirən Texniki Nəzarət İdarəsinin rəisi Arif Məmmədovun süründürməçilik siyasətinə son qoyulmasına yardımçı olasınız”.
526 dəfə oxundu