“Nəqşicahan”ın ofisində yerləşən “Himal Holding”in yeni prezidenti kimdir? – Araşdrma
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ən böyük şirkətlərdən birinin - “Nəqşicahan Holdinq”ə bağlı “GN Group”un yerləşdiyi binada artq yeni şirkət – “Himal Holdinq” yerləşir.
Yeniavaz.com xəbər verir ki, yayılan fotolarda binanın üzərində “Himal Holdinq”in yazıldığı görülür.
Məlumat üçün bildirək ki, 2007-ci ildən fəaliyyət göstərən “Nəqşicahan Holdinq”in tərkibində onlarla şirkət fəaliyyət göstərib.
Holdinqin tərkibində onlarla restoran, əyləncə mərkəzi, hotel, yanacaqdoldurma məntəqələri, zavodlar və s. olub. Azərbaycanın məşhur su brendi olan “Badamlı” da “Nəqşicahan Holdinq” tərəfindən istehsal olunub.
Qeyd edək ki, “Nəqşicahan Holdinq”in Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olduğu bildirilirdi. Vasif Talıbov Ali Məclisin sədrliyindən istefa verdikdən sonra onun ailə üzvlərinə məxsus yüzlərlə şirkətdə dəyişikliklər olub.
“Nəqşicahan Holdinq”ə bağlı binada yerləşən “Himal Holdinq” isə bu ilin mart ayının 28-də dövlət qeydiyyatına alınıb. Cəmi 20 manat nizamnamə kapitalı olan holdinq qeydiyyatdan keçdikdən təxminən ay yarım sonra Şahbuz rayonunun Keçili kəndindəki “Çınqıllı” su istehsalı müəssisəsini istifadəyə verib.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də iştirak edib.
“Himal Holdinq” qeydiyyata alındıqdan sonra eyni hüquqi ünvanda - Naxçıvan şəhəri, Əlincə, ev 5A, m. 40-də “Himal” adı ilə daha 3 şirkət dövlət qeydiyyatına alınıb.
Açılış mərasimində danışan "Himal Holdinq"in prezidenti Hacı Ələsgərov qarşıdakı aylarda holdinqin Şərurda böyük tekstil fabriki açacağını bildirib və tikinti sektoruna da investisiya qoyduğunu vurğulayıb.
Xatırladaq ki, ötən ilin dekabr ayının 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrliyindən istefa verib. Bir gün sonra – dekabr ayının 22-də Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub. Bir həftə sonra Hacı Ələsgərov Fuad Ələsgərovla görüşüb. Mətbuatda gedən məlumatlarda Hacı Ələsgərov ekspert olaraq təqdim olunub. Bu görüşdən 3 ay sonra isə Hacı Ələsgərov "Himal Holdinq"in qanuni təmsilçisi olub.
Mətbuatda Hacı Ələsgərov haqqında geniş məlumat mövcud deyil. Ekspert, iqtisadçı kimi təqdim olunan Hacı Ələsgərov sosial şəbəkələrdə “Retro Holdinq” MMC-yə (VÖEN- 1701008561) bağlı olan ət məhsulları müəssisəsinin rəhbəri kimi təqdim olunur.
“Retro Holding” MMC barəsində isə Dövlət Vergilər Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri” bölməsində heç bir məlumat yoxdur. Lakin, ayrı-ayrı dövlət qurumlarının açıqladığı məlumatlardan məlum olur ki, “Retro Holding” MMC bir çox sahədə fəaliyyət göstərir. Təmir-tikinti, qida məhsullarının və inşaat mallarının istehsalı və s. Quba rayonunda (Qudyalçay ərazisi) qum və qırmadaş istehsalı, Qaradağ rayonu ərazisində armatur zavodu, Sabunçu rayonunda kolbasa-sosiska istehsalı müəssisəsi də “Retro Holding” MMC-yə aiddir. Şirkət son 2 ildə dəyəri milyonlarla manat olan 60-a yaxın tenderin qalibi olub.
1 336 dəfə oxundu