Naxçıvan Uşaq Gənclər Yaradıcılıq Mərkəzində müəllimlərdən pul yığılır?
Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində (UGYM) büdcədən ayrılan pulların mənimsənildiyi, müəllimlərdən qanunsuz pul yığıldığı bildirilir.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a mərkəzdə çalışan müəllimlər məlumat verib.
Məlumata görə, büdcə yeyintisinə müxtəlif adlar altında keçirilən tədbir və festivallar üçün ayrılan vəsaitlər aiddir. İddiaya görə, bu tədbirlərin keçirilməsi, yəni mənimsənilən vəsaitin yerinin doldurulması üçün müəllimlərdən məcburi qaydada pul yığılır.
Müəllimlərin bildirdiyinə görə, bundan əlavə, pul silmək məqsədilə şagirdlər üçün təşkil olunan müxtəlif dərnəklərin bəzilərinin adı olsa da, özü yoxdur:
“Mərkəzin rəhbərliyi dərnəklərə yazılan pulları mənimsəyir, onlara etiraz edən, qanunsuz əməllərinə tabe olmayan müəllim və işçilərə təzyiq edir. Deyirlər ki, bizlik deyil, yuxarıdan nə deyirlərsə, onu edirik. Dövlət hər il keçirilən “STEAM Təhsil Festivalı”ına vəsait ayırsa da, həmin pullar mənimsənilir. Sonra isə müəllim və işçilərdən 30 manat pul gətirmək tələb olunur. Sonuncu festivalda pul yetmədiyi üçün əlavə 50, 100 manatdan pul yığmaq tələb olundu. Etiraz edənlər olduğu üçün iş Təhsil Nazirliyi səviyyəsinə qalxdı”.
Müəllimlər deyib ki, məsələ böyüyüb, şikayətlər Naxçıvan MR Təhsil Nazirliyi səviyyəsinə çatdıqdan sonra gözdən pərdə asmaq üçün, pul yığımını müvəqqəti dayandırmaq tapşırığı verilib, lakin ara sakitləşəndən sonra yenə öz işlərinə davam ediblər:
“Təhsil naziri deyib ki, elə edin ki, pul söhbətinin səsi çıxmasın. Amma müvəqqəti. Bir müddət sonra pul yığımı davam etdi. Könüllü gətirən gətirsin, deyib, yığmağa davam etdilər. Bu işlərin başında nazirlik özü dayanır. Pulu yığıb, bir qismini ora ötürürlər”.
Müəllimlər bildirib ki, festivallarda uşaqların geyinməsi üçün nəzərdə tutulan formaları belə onlara aldırırlar. Festivaldan sonra isə həmin formalar şagirdlərin əlindən alınır:
“Tək bu deyil. Mikrofon, səsgücləndirici və müəyyən avadanlıqlar almaq adı ilə də müəllimlərdən məcburi pul yığılır. Məsələn, sonuncu festivalda səsgücləndirici üçün müəllimlərdən ümumilikdə 1000 manat pul yığılıb“.
Naxçıvan şəhər UGYM-dən müəllimlərin iddialarına cavab verilməyib.
Naxçıvan MR Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi Novruz Məmmədov müəllimlərin iddialarını təkzib edib. O bildirib ki, mərkəzin müəllimlərindən qanunsuz pul yığılması və buradakı büdcə mənimsəmələri ilə bağlı verilən informasiyalar həqiqəti əks etdirmir.
396 dəfə oxundu