İcra başçısının nəzarətində olan müəssisənin külli miqdarda borcu üzə çıxdı – FOTO

İcra başçısının nəzarətində olan müəssisənin külli miqdarda borcu üzə çıxdı –
Şəmkir Rayon İcra hakimiyyətinin tabeliyində olan Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat Təmir İstismar İstehsalat sahəsinin dövlətə külli miqdarda vergi borcu olduğu məlum olub.

GUNDEMİNFO.AZ xəbər verir ki, Azinforum.az-ın əldə etdiyi məlumata görə, müəssisəsnin hazırda dövlətə 160 min manatdan çox – dəqiqliyi ilə qeyd etsək 163387.26 AZN vergi borcu mövcuddur.

Şəmkir şəhər HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 5-də ünvanında qeydiyyatda olan sözügedən istehsalat sahəsi 14 saylı Ərazi Vergilər İdarəsində Vergi uçotuna alınıb.
Qeyd edək ki, Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat Təmir İstismar İstehsalat sahəsi rayonun icra başçısı Rəşad Tağıyevin bir başa nəzarətindədir.


İcra başçısının nəzarətində olan müəssisənin külli miqdarda borcu üzə çıxdı –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
343 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...