İlkin İsmayılov 22 manatlıq şirkəti 3 MİLYONLUQ TENDERDƏ QALİB SEÇDİ

İlkin İsmayılov 22 manatlıq şirkəti
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Laborator tibbi xidmətlərin satın alınması üçün elan etdiyi tender bitib. Hurriyyet.az-ın Gəncə müxbiri Azər Allahverdiyevin verdiyi məlumata görə, 3.000.000 AZN məbləğində olan tenderin qalibi "OZON TİBB MƏRKƏZİ" MMC olub.

Tenderin başlama tarixi 18.07.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü ildir.
İlkin İsmayılov 22 manatlıq şirkəti


Qeyd edək ki, "Ozon Tibb Mərkəzi" MMC-nin hüquqi ünvanı GƏNCƏ şəhəri, 20 Yanvar, ev 141-dir. Mərkəzin nizamanmə kapitallı 22 manat, qanuni təmsilçisi isə Famil Musayev İbrahimxəlil oğludur.

Xatırladaq ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin yeni direktoru İlkin İsmayılovdur. O bu vəzifəyə bu ilin fevral ayında təyin edilib. Aidiyyəti orqanlar bu qədər pulun hara xərclənməsinin, araşdırılmasını aparmalıdır. O zaman həqiqətlər doğruluğunu isbat edər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...