Əmircanda yaşıllığa divan tutulur, poliklinika ərazisi satılır - VİDEO

Əmircanda yaşıllığa divan tutulur, poliklinika ərazisi satılır -

Vaxtilə Suraxanı rayonu Əmircan qəsəbəsində yerləsən 24 saylı poliklinikanın həyəhti Əziz Əzizov tərəfindən satılıb.

Əmircan sakinləri iddia edirlər ki, 208 saylı tam orta məktəbin açılışına birinci xanım Mehriban Əliyevanın gələcəyindən xəbər tutan icra başçısı viranəyə dönmüş poliklinika həyətini tez-bazar çox hundür hasara aldıraraq hasarı ağ rəngə boyayıb. Açılış bitdikdən sonra isə ərazini satıb. Həyətdəki yaşıllığın bir hissəsi artıq məhv edilib Tikintinin başlaması üçün bütün tədbirlər görülüb. Geniş ərazinin hər iki tərəfində yerləşdirilmiş böyük darvazalar qıfıllanıb ki, divan tutulmuş ağclar barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyininə məlumat verilərək lazımi tədbirin görülməsinin qarşısı alınsın . Bu qədər əraziləri şəxsi mülkiyyəti kimi talayan bir başçı nəyə görə sözügedən qəsəbənin daxili yollarına nəzər yetirmir?

Sosial şəbəkələrdə və xəbər portallarında ictimailəşən neqativ xəbərlərə görə jurnalistlərə müxtəlif şəxslər vasitəsi ilə mutamadi olaraq hədə-qorxu gələn icra başcısı qazi və şəhid ailələrinin adı ilə zənglər etdirməkdən də çəkinmir.

Mövzuya qayıdacağıq.AzTimes.az





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
447 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...