Xudatda məscidin ərazisi satılıb, icra başçısı bundan xəbərdardırmı?
1995-ci ildə Xudatda Mirzə Fətəli Axundov küçəsində inşa edilən Cümə məscidi 2001-ci ildən etibarən təmir adı ilə bağlanılıb. 22 il keçməsinə baxmayaraq, bu günə kimi məsciddə heç bir təmir işləri aparılmayıb, qapıları möhürlənib. Məscid nəzarətsiz qaldığı üçün qapı-pəncərələri sındırılıb.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Xudat sakinlərinin Pravda.az-a ünvanladıqları müraciətdə bildirilib ki, məscidin onların öz vəsaitləri hesabına təmir edilməsinə də imkan verilmir.
Sakinlərin sözlərinə görə, məscid bağlandıqan sonra məscidin həyətindəki torpaq sahələri tədricən satılmağa başlayıb, ərazidə obyektlər tikilib: “Cənab Prezident İlham Əliyev dəfələrlə məscidlərin təhqir edilərək yararsız hala salınmasına sərt etirazını bildirib. Ermənilərin məscidlərimizlə bağlı vandallıqları bunun bariz nümunəsidir. Necə ola bilər ki, aidiyyatı qurumlar bu cür həssas məsələyə biganə yanaşırlar? Bu məsələ dəfələrlə mətbuatda işıqlandırılıb. Aidiyyatı üzrə dəfələrlə Xaçmaz Rayon İcra Hakimiyyətinə və digər qurumlara müraciətlər etmişik, amma heç bir nəticəsi olmayıb”.
Sakinlər növbəti dəfə Xaçmaz RİH başçısı Elnur Rzayevə səslənərək məscidin açılmasında onlara kömək etməsini tələb ediblər.
Pravda.az məsələ ilə bağlı Xaçmaz RİH-yə sorğu ünvanlayıb. RİH-dən saytımızla əlaqə saxlanılacağı deyilsə də, əlaqə saxlanılmayıb, mövqe bildirilməyib.
355 dəfə oxundu