Polis zabiti olan kürəkən general qaynatasına atıb: Bacısı oğlu Prezident Administrasiyasında işləyir

 Polis zabiti olan kürəkən general qaynatasına atıb:
Bacısı oğlu Prezident Aparatında işləyən polis polkovnik leytenantı ailəsinin evini 400 000 manata satıb və general qaynatasının tanışlarından isə 200 000 manat alıb aradan çıxıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, Teref.az-ın mötəbər mənbədən aldığı məlumata görə daha bir generalımız qalmaqalla üzləşib.

Keçmiş Polis Akademiyasının rəisi general-mayor Ramiz Nağıyevin kürəkəni polis polkovnik-leytenantı Cavid Talıbov ailəsi ilə birgə yaşadıqqları evini 400 000 min manata, Toyota “Prado” avtomobilini isə 100 000 manata satıb. Bundan sonra qaynatasının adından onun obyektinin müştərilərindən 200 000 manat alıb.

Məlumata görə, Cavid Talıbov yoldaşı ilə boşanmaq ərəfəsindədir. Mənbəmizin dediyinə görə, Cavid Talıbovun arxasında Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi olan bacısı oğlu Murad Tağıyev durub. Murad Tağıyevin Ramiz Mehdiyevin zamanında onun proteksiyası ilə Fuad Ələsgərovun şöbəsinə işə qəbul olunduğu və indiyə qədərdə məsləhətçi işlədiyi bildirilir.
 Polis zabiti olan kürəkən general qaynatasına atıb:

Verilən məlumatı yoxlamaq üçün istefada olan polis general-mayoru Ramiz Nağıyevlə əlaqə saxladıq. Ramiz müəllim əvvəl bizimlə danışmaq istəməsə də, məsələnin məğzini öyrəndikdən sonra suallarımıza cavab verməyə razı oldu.

p/l Cavid Talıbov
Ramiz müəllim Cavid Talıbovun həqiqətən də onun kürəkəni olduğunu və ailəsini atıb getdiyini təsdiqlədi.

Şəkildə: Polis polkovnik-leytenantı Cavid Talıbov
 Polis zabiti olan kürəkən general qaynatasına atıb:
 Polis zabiti olan kürəkən general qaynatasına atıb:

Ramiz müəllimin söylədiklərindən:

“Bəli kürəkənim qızımın başını aldadaraq vəzifəyə getmək üçün pul lazım olduğundan evini satmalı olduğunu deyərək, onların ailəvi yaşadıqları və ümumi əmlakları olan evi 400 000 manata satıb. O, Mingəçevir şəhərində şəhər polis idarəsində rəis müavini işləyirdi. Amma könlündə rəis olmaq havası oynadığından bir gün öz ərizəsi ilə vəzifəsindən çıxdı. Lakin mən dəfələrlə onu xəbərdar etdim ki, bu gün sən DİN-də pulla vəzifə ala bilməzsən. Cənab nazir Vilayət Eyvazov kadrlarının şəxsi və iş keyfiyyətlərinə görə vəzifəyə qoyur. Sən də çalış, yaxşı işlə ki, irəli çəkiləsən. Axı bax, 6-7 aydır sərəncamdasan, əgər yaxşı işçi olsa idin, sənə çoxdan iş verərdilər. Vermirlər, ona görə get, nə iş versələr götür, işlə. Amma bu adam məndən də xəbərsiz öz bildiyini etdi. Qızımla müştərək yaşadıqları evlərini, maşınını satdı ki, güya, vəzifəyə gedəcək və bunun üçün ona pul lazımdır.

- Ramiz müəllim bizdə olan məlumata görə sizin də 200 min manatınızı götürüb?
-
Yox bir az səhv məlumatdır. 200 000 manat söhbəti var, amma mənim deyil. Bir yerim var idi, oranı bir qrup iş adamları alıb, orda ev tikmək istəyirdilər. Oğlumu göndərdim, getsin öyrənsin nə məsələdir? Oğlum gedəndə, kürəkənim də onunla gedib və onlarla tanış olub, söhbətdən agah olub. Sonra mənim xəbərim olmadan, heç bir icazəsiz-zadsız mənim adımdan gedib onlardan 200 000 beh alıb. Hətta qəbz belə verib (Qəbzi bizə göstərdi). Rafail (ev tikmək üçün yeri almaq istəyən şəxs) mənə bunu deyəndə, mənim heç nədən xəbərim olmadığını və heç kimdən 1 manatda almadığımı dedim. Nahaq pul verdiklərini və bunun sadəcə dəluduzluq olduğunu onların nəzərinə çatdırdım. Onlar da Cavidin PA-da işləyən bacsı oğlu Murad Tağıyev ilə dostdurlar və ona görə Cavidə inanıblar.

200 000 üçün verilmiş qəbz
Ramiz müəllim bəs indi nə etmək istəyirsiniz?

- Heç nə, qızım artıq boşanma üçün ərizə verib və aldadıb satdığı evdən ona və 2 uşağına catacaq hissəni tələb edir. Qaldı 200 000 manat məsələsinə, o mənlik deyil, mən nə pul almışam, nə də pul almaq üçün kiməsə vəkalət vermişəm. Qoy gedib özləri aydınlaşdırsınlar. Mənim üçün əsas olan qızımın və nəvələrimin gələcək həyatlarıdır.

- Ramiz müəllim deyilənə görə, axı gah deyir pulu sizə, gah da deyir ki, oğlunuza verib?

- Bu ağılın yiyəsi olduğu üçün də heç zaman vəzifəyə getməyəcək. Mənə, ya oğluma o niyə pul alıb gətirib verməlidir? Özü də bir hissəsini? Özüm ya da oğlum ala bilmirdi? Düzdür, kimlərəsə belə sözlər deyib. Güya, oğluma verdiyini deyəcək və 3 şahid də gətirib üzünə qoyacaq (gülür). Dünya bəyəm dərəbəylikdir, hüquq, qanunlar yoxdur? Dələduzluğunu ört-basdır etmək üçün belə sözləri deməyə nə var? 2 uşağını, həyat yoldaşını atıb gedən, həyat yoldaşını aldadıb evini satan adamdan özgə nə gözləmək olar? Ağılla, iş bacarığı ilə yox, pulla vəzifəyə getmək eşqində olan adamdan nə gözləmək olar? Yenə deyirəm, ona dəfələrlə dedim ki, mən bu ağsaqqal vaxtımda gedib kimdənsə səni vəzifəyə qoymağı xahiş edə bilmərəm. Özü də güya, cənab nazir sənin qabındakını bilmir? Qəşəng bilir və ona görə də sənə bu 6-7 ayda sərəncamda qaldığın müddətdə çağırıb bir vəzifə təklif etməyiblər. Get, ağıllı ol və nə iş versələr işlə və qabiliyyətini göstər.
-Ramiz müəllim müəllim axı deyirsiniz arxasında Prezident Aparatında işləyənbacısı oğlu Murad Tağıyev dayanıb. Bəlkə elə ona arxayındı ki, ona kömək edəcək?

- Etsin də, mən bu ağsaqqal vaxtımda kiminsə qapısında oturub xahiş edən deyiləm.Özü də bilə bilə ki, bu nə yuvanın quşudur. O sistemdə illərlə işləyib hörmət qazanmışam. Ağzımdan 1 dəfə də yalan söz çıxmayıb. Ona görədə hamı hörmətimi saxlayır. Belə adamlara görə özümü biabır edə bilməzdim və etmərəm də.
- Ramiz müəllim, ailənizdə baş verən bu hadisələrə təəsüflənirik və müsahibəyə görə təşəkkür edirik.

Teref.az olaraq hadisələrin gedişi nəzarətimizdədir və araşdırmalarımızı davam etdirəcəyik!

Məqalədə qeyd olunan iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...