Saatlıda tibb bacısı Esmira Xanəliyevadan ŞİKAYƏT - "5-10 manat almasa qan götürmür"

Saatlıda tibb bacısı Esmira Xanəliyevadan ŞİKAYƏT -
GUNDEMİNFO.AZ xəbər verir ki, Qaynarxett. media-nın vatcap nömrəsinə Saatlı rayonundan məlumat daxil olub. Məlumatda bildirilir ki, rayon Mərkəzi Xəstəxanasının Qan analizi labaratoriyasının tibb bacısı Esmira Xanəliyeva labaratoriyaya müraciət edən vətəndaşlarla qaba rəftar edir, qan götürmək ücün onlardan 5-10 manat pul tələb edir. İmkanı catmayanlar isə süründürməyə məruz qalır:

"Təsəvvür edin, hər gün buraya yüzlərlə vətəndaş arayış ücün müraciət edir. Bunun gəliri görün gedib hara cıxır.
Cənab Prezden dövlətçiliyimizin inkşaf etməsi, xalqımızın firavan yaşamasından ötrü tədbirlərdə, müşavirələrdə aidiyyatı nazirlik və sturukturlara ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd edərək lazmı göstəriş verir ki, “Toxunulmaz adam yoxdur”. Bu bizim kimi sadə insanlarda ruh yüksəkliyi, inam yaradır. Lakin Esmira Xanəliyeva kimi tibb bacıları illərdir etdikləri qanunsuz hərəkətlərini davam etdirməkdədirlər."

Biz Saatlı Rayon Mərkəzi Xəstəxanası ilə telefon əlaqəsi saxlayıb məsələyə aydınlıg gətirilməsini xaiş etdik. Öyrəndik ki, Qan analizi labaratoriyası Rayon Mərkəzi Xəstəxanasına yox, AzeriMedə tabedir.

İş günü olmadıgından araşdırmamız davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
499 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...