"Qanunsuz tikintiyə icazə vermişəm" - Adil Vəliyev Əvəz Zeynallının məhkəməsinə gətirildi (VİDEO)
İcra başçısı Adil Vəliyev vəkillərin suallarını cavablandırarkən etiraf edib ki, hətta tikinti qanunsuz olsa belə, icra hakimiyyətinin onu sökməyə ixtiyarı yoxdur. İnşa prosesi dayandırılmalı, məhkəməyə müraciət olunmalıdır. Lakin praktikada bir sıra hallarda qanunsuz tikinti aparılanda müdaxilə edib sökürlər.
"Unikal" xəbər verir ki, vəkilin "sizin səlahiyyətiniz olmadığı halda, necə müdaxilə edirsiniz" sualına Vəliyev belə cavab verib: "Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...".
Vəliyev vurğulayıb ki, Əvəz Zeynallı ona zəng vuraraq sadəcə xahiş edib: "Mənə kimsə nə pul verib, nə də kiminsə buna cəsarəti çatar...".
*** 16:20
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev məhkəməyə gətirilib.
"Unikal" News24.az-a istinadən xəbər verir ki, Adil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.
İcra başçısı "Xural tv" internet kanalının təsisçisi Əvəz Zeynallının barəsində olan cinayət işi üzrə şahid qismində iştirak edib.
A. Vəliyev ifadəsində Sabunçu rayonu ərazisində qanunsuz tikinti aparılmasına icazə verdiyini etiraf edib.
Xatırladaq ki, Adil Vəliyev Sabunçu rayonu, Sabunçu qəsəbəsində Dövlət Neft Şirkətinə məxsus ərazidə vətəndaş Ruslan Vəliyevin qanunsuz sahibkarlıq subyekti olan market tikintisinə şərait yaradıb. Qanunsuz tikili sökülsə də, Əvəz Zeynallının xahişindən sonra Adil Vəliyev həmin obyektin tikilməsinə şərait yaradıb.
Qeyd edək ki, ötən prosesdə Adil Vəliyevin məhkəməyə məcburi gətirilməsi məsələsinin müzakirəyə çıxarılmasına qərar verilmişdi.
459 dəfə oxundu